Türkiyə Krımdakı "faktiki vəziyyəti" tanımadığını bildirib

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirərək, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini yenidən bəyan edib

By
Türkiyə Xarici İşlər Nazirliyi / AA

Türkiyə Rusiyanın "qeyri-qanuni referendum" yolu ilə Krımı ilhaq etməsinin 12-ci ildönümündə yaydığı bəyanatda "Krımdakı faktiki vəziyyəti" tanımadığını və bunun "beynəlxalq hüququn pozulması" olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub: "Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyi davam edən ölkəmiz Krım Tatar Türklərinin vəziyyəti başda olmaqla, yarımadadakı hadisələri yaxından izləməyə və gündəmdə saxlamağa davam edəcək".

Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib. Bu addım Türkiyə və BMT Baş Assambleyası da daxil olmaqla, beynəlxalq birlik tərəfindən qeyri-qanuni hesab edilib.