SİYASƏT
1 dəqiqə oxuma
Tailandla Kamboca arasında artan gərginlik 500 min insanı yurd-yuvasından didərgin saldı
Tailand və Kamboca arasında baş verən gərginlikdən sonra təxminən 500 minə yaxın insan təhlükəsiz ərazilərə sığınmaq məcburiyyətində qalıb
Tailandla Kamboca arasında artan gərginlik 500 min insanı yurd-yuvasından didərgin saldı
Tailandla Kamboca arasında artan gərginlik 500 min insanı yurd-yuvasından didərgin saldı / Reuters

Tailand və Kamboca arasında baş verən gərginlikdən sonra təxminən 500 minə yaxın insan təhlükəsiz ərazilərə sığınmaq məcburiyyətində qalıb. Bu rəqəm ilin əvvəlindəki oxşar toqquşmalar zamanı təxliyə edilən insanların ümumi sayını geridə qoyur.

Tailand Müdafiə Nazirliyinin sözçüsü Surasant Konqsiri mətbuat konfransında bildirib ki, çox sayda mülki şəxs təxliyə edilib. Onun sözlərinə görə, yeddi əyalətdə 400 mindən çox insan təhlükəsiz sığınacaqlara köçürülüb. O, həmçinin bildirib ki, 2025-ci ilin iyul ayında mülki şəxslərə qarşı yaşanan hücumların təkrarlanmamasını istəyirik.

Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçeata isə açıqlamasında bildirib ki, dekabrın 9-da 101.229 nəfər təhlükəsiz sığınacaqlara və qohumlarının evlərinə təxliyə olunub.

Cənub-Şərqi Asiyanın iki qonşu dövləti müstəmləkə dövründə müəyyən edilmiş 800 kilometrlik sərhəd xətti ilə bağlı mübahisə yaşayır. Tarixi məbədlərə dair qarşılıqlı iddialar silahlı toqquşmalara çevrilib.

Bu həftə baş verən toqquşmalar ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsdən bəri ən qanlı qarşıdurma kimi qiymətləndirilir. Bu hadisələr, iyul ayında sərhədin hər iki tərəfində onlarla insanın həlak olduğu və təxminən 300 min nəfərin evlərini tərk etməyə məcbur qaldığı beş günlük döyüşlərdən sonra baş verib.

Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub