“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu

Türkiyənin ASELSAN şirkəti TEKNOFEST texnologiya festivalı çərçivəsində “Polad günbəz” hava hücumundan müdafiə sistemini təqdim edib

/ AA

Türkiyənin ASELSAN şirkəti TEKNOFEST texnologiya festivalı çərçivəsində “Polad günbəz” hava hücumundan müdafiə sistemini təqdim edib. Ziyarətçilərə sistemin hava təhdidlərinə qarşı fəaliyyətini simulyasiya şəklində sınaqdan keçirmək imkanı verilib.

Dünyanın ən nüfuzlu texnologiya festivallarından biri olan TEKNOFEST sentyabrın 17-də İstanbulda, Atatürk Hava Limanında ziyarətçilərin üzünə qapılarını açıb. Tədbir Türkiyə Texnologiya Komandası (T3) Vəqfi və Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunub.

Festivalda texnologiya yarışlarından tutmuş uçuş nümayişlərinə qədər müxtəlif tədbirlər keçirilir, həmçinin, “Polad günbəz” sisteminin müxtəlif komponentləri ziyarətçilərə təqdim olunur.

Qabaqcıl təsvir texnologiyalarından istifadə edilərək “Polad günbəz”in təhlükələrdən necə qorunduğu nümayiş etdirilir.

Qeyd edək ki, “TUSAŞ Motor Sanayi” milli imkanlarla hazırlanan turbofan mühərriki TF6000-ni sınaqdan keçirib. Şirkətin baş direktoru Mahmut Akşit bildirib ki, bu mühərrik Türkiyənin “Anka 3” pilotsuz uçuş aparatları üçün nəzərdə tutulub.