İran İsraildə sosial cəhətdən təcrid olunmuş yəhudiləri casus kimi necə işə cəlb etdi?
Tehran İsrail cəmiyyətində təcrid olunmuş şəxsləri hədəf alaraq sosial zəifliklərdən istifadə edən mürəkkəb casusluq strategiyası ortaya qoydu.
İsrailin əksəriyyəti yəhudi olan 30-a yaxın vətəndaşı İrana casusluq ittihamı ilə həbs etməsi Tehranın onilliklər ərzində ən əhatəli sızma cəhdi kimi təsvir edilən strategiyanı ortaya qoydu.
Keçmiş yüksək vəzifəli "Shin Bet" (İsrailin daxili kəşfiyyat təşkilatı) rəsmisi Şalom Ben Hanan "Burada böyük bir fenomen var" dedi. O, İranın dövlət əleyhinə işləməyə razı olan yəhudi vətəndaşlarının sayının heyrətləndirici çoxluğunu qeyd etdi.
Mənbələrlə aparılan müsahibələr, məhkəmə sənədləri və rəsmi açıqlamalar göstərir ki, işə götürülən şəxslər sosial cəhətdən kənarda qalanlar – yeni mühacirlər, ordudan qaçanlar və məhkum olunmuş cinsi səhədə cinayətkarlar olub.
İş adamları və keçmiş kabinet nazirləri kimi yüksək səviyyəli şəxsləri hədəf alan Tehranın əvvəlki casusluq əməliyyatlarından fərqli olaraq, bu yeni dalğa diqqəti cəmiyyətin marginallaşmış təbəqələrinə yönəltdi.
Sızma fəaliyyəti İsrailin 2023-cü il oktyabrın 7-dən Tehranın hərbi aktivlərini və müttəfiq liderlərini hədəf alaraq intensivləşdirdiyi vəkalət müharibəsi zamanı baş verdi.
Bu sui-qəsdlər arasında HƏMAS-ın İsmayıl Haniyə, Yəhya Sinvar və Fəth Şərif kimi yüksək səviyyəli liderləri ilə Həsən Nəsrullah, Fuad Şükr və Haşim Səfiəddin kimi Hizbullahın yüksək vəzifəli şəxsləri yer aldı.
Təcrid olunmuşlardan casuslara
Polisin və İsrailin daxili təhlükəsizlik agentliyi "Shin Bet"in bildirdiyinə görə, şübhəlilərdən ən azı ikisi İsrailin ultra-pravoslav icmasındandır.
Oktyabrda Hayfada baş verən həbslər bu nümunəni açıq şəkildə əks etdirdi. Bu hadisə ilk dəfə baş vermirdi.
Müdafiə üzrə analitik Həmzə Attar İranın iki fərqli marjinal qrupun– Azərbaycandan olan son mühacirlər və ərəb israillilər- uğurla istismarının əhəmiyyətini qeyd etdi.
O, İranın İsrail cəmiyyətinin əsas axınından bir qədər kənarda olan bu icmalara necə sızmağı bacardığını izah edərək, “Bu, böyük bir işdir.
İsrail kiçik və ümumiyyətlə birləşmiş bir cəmiyyət olduğu üçün xarici casus agentlikləri tərəfindən demək olar ki, keçilməz hesab olunur" dedi.
Attarın fikrincə, İranın bir çox marginal qruplara “mövcudiyyət" qazandırmaq bacarığı kəşfiyyat sahəsində əhəmiyyətli bir irəliləyişdir.
Rəqəmsal işə qəbul şəbəkəsi
Noyabr ayında İsrail polisinin etdiyi xəbərdarlıqlara əsasən, İranın kəşfiyyat agentlikləri sosial media platformaları vasitəsilə potensial işə qəbul edilmiş şəxsləri metodik olaraq müəyyən etdi.
Metod bəzən təəccüblü dərəcədə birbaşa idi - bir İsrail vətəndaşına göndərilən və "Reuters" tərəfindən görülən bir mesaj onun əlaqə məlumatları ilə birlikdə məlumat müqabilində 15.000 dollar vəd edirdi.
2007-ci ilə qədər işləmiş keçmiş İsrail əks-casus rəsmisinin sözlərinə görə, İran Kanada və ABŞ-da yaşayan Qafqaz ölkələrindən olan yəhudilərin xaricdəki şəbəkələrinə də yaxınlaşıb.
“İşə götürülən şəxslərə əvvəlcə pul müqabilində zərərsiz görünən vəzifələr tapşırılır, sonra hakimiyyət şəxslərdən fərdlər və həssas hərbi infrastrukturlar haqqında xüsusi kəşfiyyat məlumatı tələb etməyə başlayır” deyilib.
Əməliyyatlar tez-tez şantaj hədələri ilə dəstəklənirdi.
Bu tədricən eskalasiya strategiyası "Victorsson" məhkəmə işində aydın oldu.
"Shin Bet" və polis araşdırmaları göstərdi ki, o, əvvəlcə Tel-Əvivin Hayarkon parkında qraffiti çəkmək, pul gizlətmək, afişalar asmaq və avtomobilləri yandırmaq kimi bu fəaliyyətlərdən 5000 dollardan çox pul əldə etmək kimi əsas işləri yerinə yetirib.
Təhlükəsizlik xidmətlərinin bildirdiyinə görə, daha sonra onlara sui-qəsd və silah tədarükü kimi daha ciddi əməliyyatlarla bağlı müraciət edilib.
"Shin Bet"in oktyabrın 21-də verdiyi bəyanatda vəziyyətin ciddiliyi əks olundu və bu casusluq fəaliyyətləri “İsrail dövlətinə məlum olan ən ciddi insidentlərdən biri” kimi təsvir edildi.
“Bu sui-qəsdlərlə bağlı ictimaiyyətə ətraflı açıqlama vermək qərarı İsrail təhlükəsizlik xidmətlərinin həm İrana, həm də İsrail daxilindəki potensial təxribatçılara yaxalanacaqları mesajı vermək üçün atdığı addımdır” deyə general Ben Hanan izah edib:
“Siz camaatı xəbərdar etmək istəyirsiniz. Və eyni zamanda, düşmənlə əməkdaşlıq etməyi düşünən və ya planlaşdıran insanlara nümunə göstərmək istəyirsiniz”.
İsrail əzəli düşməni ilə kölgə müharibəsində, o cümlədən ən yaxşı nüvə aliminin öldürülməsi də daxil olmaqla, illər ərzində böyük kəşfiyyat uğurları əldə edib.
Həbslərdən sonra mediaya ünvanlanan açıqlamada İranın BMT missiyası israilliləri işə götürmək istəyib-istəmədiyini təsdiq və ya təkzib etməyib və bildirib ki, "məntiqi baxımdan" İran kəşfiyyat xidmətlərinin bu cür səyləri şübhələri azaltmaq üçün iranlı və qeyri-müsəlman şəxslərə yönələcək.