Tramp Türkiyənin atəşkəs prosesindəki rolunu yüksək qiymətləndirdi

ABŞ prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəs əldə edilməsi səylərindəki rolunu yüksək qiymətləndirərək, prezident Rəcəb Tayyib Ərdoğanı "möhtəşəm" adlandırıb...

Tramp / Reuters

ABŞ prezidenti "Prezident Ərdoğan möhtəşəmdir. O, çox hörmətli bir insan olduğu üçün həqiqətən kömək etdi" deyib.

ABŞ prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəs əldə edilməsi səylərindəki rolunu yüksək qiymətləndirərək, prezident Rəcəb Tayyib Ərdoğanı "möhtəşəm" adlandırıb və Ankaranın bölgədəki təsirini vurğulayıb.

Qəzzada atəşkəslə bağlı beynəlxalq sammitdə iştirak etmək üçün Misirə səfəri zamanı jurnalistlərə açıqlama verən Tramp "Türkiyə də möhtəşəm idi. Prezident Ərdoğan da eləcə. O, çox hörmətli olduğu üçün həqiqətən faydalı oldu. Onun çox güclü ölkəsi var. Çox, çox güclü ordusu var. Və çox kömək etdi" deyib.

Prezident Tramp həmçinin atəşkəs danışıqlarında rol oynadığını söylədiyi bir neçə ölkənin, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya və İordaniyanın adını çəkib.

“Çox xüsusi” səfərin əvvəlində “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşması ilə bağlı narahatlıqlara əhəmiyyət vermədi"-deyə Tramp qeyd edib.

İsrail ilə Fələstinin müqavimət qrupu HƏMAS arasında münaqişənin sona çatdığına əmin olub-olmadığını soruşduqda Tramp "Müharibə bitdi. Yaxşı? Bunu başa düşürsünüzmü?" deyib.

"Sülhə nail olmaq üçün"

Atəşkəsin davam edib-etməyəcəyi sualına Tramp belə cavab verib: "Düşünürəm ki, davam edəcək. İnsanlar bundan [münaqişədən] beziblər. Əsrlər boyu belə olub".

Məlumata görə, Trampın Yaxın Şərqdəki ilk dayanacağı İsrail olacaq. Prezident Trampın orada israilli hərbi girovların ailələri ilə görüşü və Knessetdə (İsrail parlamenti) çıxış edəcəyi gözlənilir.

Tramp daha sonra Şarm əl-Şeyx Sülh Sammitində dünya liderlərinə qatılmaq üçün Misirin Şarm əl-Şeyxinə gedəcək.

Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisinin həmsədrliyi ilə keçiriləcək sammitin məqsədi “Qəzzada müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni mərhələsinə başlamaq”dır.

Prezident Ərdoğan zirvəyə Sisi və Trampın dəvəti ilə qatılacaq. Bu barədə məlumatı bu gün (13 oktyabr) Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran sosial şəbəkədə bildirib.