Rusiya Ukraynada birtərəfli qaydada atəşkəs elan edib

Rəsmi Moskva mayın 11-dək müvəqqəti atəşkəs elan edib. Kreml Ukraynanın atəşkəsi pozacağı təqdirdə adekvat cavabın veriləcəyi barədə xəbərdarlıq edib.

/ Reuters

Rusiyanın birtərəfli qaydada elan etdiyi atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib. Atəşkəs mayın 11-i gecə yarısına qədər davam edəcək.

Rəsmi Moskva Rusiya prezidenti Vladimir Putinin 1945-ci ildə İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü münasibətilə keçiriləcək Qələbə Gününə həsr olunmuş tədbirlər çərçivəsində hərbi əməliyyatları müvəqqəti dayandırdığını elan edib.

Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu təşəbbüsü dəstəkləməyib. O, xarici qonaqlara keçiriləcək mərasimə qatılmamaları barədə xəbərdarlıq edib və onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bildirib.

Moskva bu bəyanatları “təhdid” kimi qiymətləndirib. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukrayna tərəfi atəşkəsi pozarsa Rusiya Silahlı Qüvvələri buna adekvat cavab verəcək.