ABŞ 100-ə yaxın iranlını öz ölkəsinə qaytarıb

Rəsmilər İran vətəndaşlarının ABŞ təyyarəsi ilə Luizianadan qalxan Qətər üzərindən geri qaytarıldığını təsdiqləyib

ABŞ 100-ə yaxın iranlını öz ölkəsinə qaytarıb [File Photo] / AP

"The New York Times" qəzeti danışıqlarda iştirak edən iki yüksək rütbəli iranlı məmura və planlarla tanış olan ABŞ rəsmisinə istinadən yayılan hesabata əsasən, Birləşmiş Ştatlar təxminən 100 iranlını İrana deportasiya edib.

İran rəsmiləri bildiriblər ki, ABŞ tərəfindən kirayə götürülən təyyarə sentyabrın 29-da Luizianadan yola düşüb və bu gün Qətər üzərindən İrana çatması planlaşdırılıb.

Qəzetin yazdığına görə, iranlıların şəxsiyyəti və ABŞ-a mühacirət etmək cəhdinin səbəbləri hələ də müəmmalı olaraq qalır.

Ağ Ev və ABŞ Dövlət Departamenti "Reuters" agentliyinin şərh sorğusuna isə hələ cavab verməyib.