Cevdet Yılmaz ABŞ nümayəndəsi Tom Barrakı Ankarada qəbul edib

Tərəflər arası görüşdə regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb

By
Cevdet Yılmaz ABŞ nümayəndəsi Tom Barrakı Ankarada qəbul edib / AA

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz yanvarın 15-də (bu gün) Ankarada, Prezident Sarayında ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul edib.

C.Yılmaz “NSosyal” sosial media platformasında paylaşdığı açıqlamada bildirib ki, görüş Türkiyə ilə ABŞ arasında münasibətlərin gücləndirilməsi, konkret sahələrdə əməkdaşlığın artırılması və regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsinin aparılmasına həsr olunub.

Açıqlamaya görə, tərəflər iqtisadi və ticarət əlaqələri ilə yanaşı, müdafiə sənayesi sahəsindəki məsələləri, o cümlədən “ABŞ-nin düşmənləri ilə sanksiyalar yolu ilə mübarizə Qanunu” (CAATSA) çərçivəsində Türkiyəyə tətbiq etdiyi sanksiyaları da nəzərdən keçirib. Türkiyə daha əvvəl ABŞ döyüş təyyarələrinin satışına mane olan bu cür sanksiyaların müttəfiqlik münasibətlərinə uyğun gəlmədiyini bildirmişdi.

Türkiyə prezidenti köməkçisi C.Yılmaz görüş zamanı, həmçinin İran və Suriyadakı son hadisələr, eləcə də Qəzza üzrə sülh planının ikinci mərhələsi çərçivəsində regional və qlobal məsələlər barədə fikir mübadiləsinin aparıldığını qeyd edib.