İsrail ‘‘Həmas’’ın təhvil verdiyi cəsədin taylandlı girova aid olduğunu açıqlayıb

Girovun cəsədi Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Qəzzadan çıxarılaraq məhkəmə-tibbi ekspertiza üçün İsrail ordusuna təhvil verilib

By
İsrail ‘‘Həmas’’ın təhvil verdiyi cəsədin taylandlı girova aid olduğunu açıqlayıb / Reuters

İsrail ‘‘Həmas’’ın təhvil verdiyi cəsədin taylandlı girova aid olduğunu açıqlayıb.

Girovun cəsədi Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Qəzzadan çıxarılaraq məhkəmə-tibbi ekspertiza üçün İsrail ordusuna təhvil verilib.

Hələ qaytarılmayan sonuncu girov Ran Qvilinin isə hələ də Qəzzada olduğu bildirilir. Onun sağ olub-olmadığı barədə məlumat yoxdur.

Girov mübadiləsinin tamamlanması ABŞ prezidenti Donald Trampın Qəzzada iki ildən bəri davam edən müharibəyə son qoymaq planının birinci mərhələsinin əsas şərti hesab olunur.

Oktyabr ayında qüvvəyə minmiş atəşkəs çərçivəsində ‘‘Həmas’’ qalan bütün girovları – sağ və ya ölmüş – azad etməyə razılaşıb. O vaxtdan bəri hərəkat təxminən 2000 fələstinli əsirin və məhbusun azad edilməsi müqabilində 20-si sağ olmaqla 27 girovu geri qaytarıb.