DÜNYA
2 dəqiqə oxuma
İtaliyada Qəzzaya yardım aparan "Sumud" donanması ilə bağlı ümumi tətil təhdidi
Roma, Milan və İtaliyanın digər şəhərlərində minlərlə insan və həmkarlar ittifaqları Qəzzaya yardım fəalları ilə həmrəylik üçün ümummilli tətilə çağırıblar
İtaliyada Qəzzaya yardım aparan "Sumud" donanması ilə bağlı ümumi tətil təhdidi
Etiraz aksiyaları / Reuters

Qəzzaya yardım aparan donanmaya dəstək üçün İtaliyada minlərlə insan küçələrə axışıb. Nümayişlər milli tətil ərəfəsində keçirilib, hökumət isə bir gün əvvəl İsrailin Qəzza blokadasını yarmaq cəhdini tənqid edib.

Romada polisin bildirdiyinə görə, təxminən 10 min nəfər Kolizeydən şəhər mərkəzinə yürüş edərək Baş nazir Ciorcia Meloninin İsraili dəstəkləməsinə etiraz edib.

Nümayişlər Milan, Turin, Florensiya və Boloniyaya da yayılıb.

Nümayişə qatılan Roma Şəhər Şurasının üzvü Lorenzo Giardinetti "Yardım donanması birtəhər bu məsələyə yenidən diqqət çəkdi və bəlkə də iki illik müharibə və qırğınlardan sonra yatan vicdanları oyandırdı. Bu gün Kolizey, sabah ümumi tətil... Bu, donanma fəallarının etdiyi kimi, özümüzü təsdiq etmək məsələsidir" deyib.

Milanda təxminən 5 min insan Duomo yaxınlığında toplaşaraq, pik saatlarda nəqliyyata mane olub.

Etirazçılar "Hər şeyin qarşısını almağa hazırıq. Soyqırım maşını indi dayanmalıdır" deyə şüarlar səsləndiriblər.

Dəmiryol operatoru Trenitalia etirazçıların dəmiryol xətlərini işğal etməsindən sonra Florensiya və Bolonyada qatar xidmətlərinin dayandırıldığını təsdiqləyib.

Tətil və həbslər

"Unione Sindacale di Base" (USB) başçılıq etdiyi İtaliya həmkarlar ittifaqları bu gün (3 oktyabr) üçün ümumi tətilə çağırıb.

"İsrail beynəlxalq hüququ pozur. Artıq hər şeyi bloklamaq vaxtıdır", - ittifaq bildirib.

Meloni qeyd edib ki, İsrail oktyabrın 2-də səhər donanmadan 40 İtaliya vətəndaşını saxlayıb.

Meloni jurnalistlərə açıqlamasında "Əlbəttə, bu şəxslərin İtaliyaya ən qısa zamanda qayıtması üçün əlimizdən gələni edəcəyik. Bütün bunların Fələstin xalqına heç bir faydası olmadığına inanıram" deyib.

Xarici işlər naziri Antonio Tajani parlamentə bildirib ki, bütün donanma üzvləri gələn həftənin əvvəlində Təl-Əvivdəki Ben Qurion hava limanına köçürüləcək və sonra Avropa paytaxtlarına uçacaq.

Tajani qeyd edib ki, İsrail qüvvələrinin keçirdiyi əməliyyatda heç bir zorakılıq və ya fəsad qeydə alınmayıb.

"Qlobal Sumud" donanmasının göyərtəsində olanlar arasında iki İtaliya deputatı və Avropa Parlamentinin iki italyan üzvü də var. Təşkilatçılar donanmanın beynəlxalq sularda qeyri-qanuni hücuma məruz qaldığını bildirirlər.

İfrat sağçı koalisiyaya rəhbərlik edən Meloni daha əvvəl donanmanı “təhlükəli, məsuliyyətsiz” təşəbbüs kimi qiymətləndirmişdi.

Meloni oktyabrın 2-də verdiyi açıqlamada donanmanı dayandırmağa və ABŞ prezidenti Donald Trampın İsrailin Qəzzada müharibəsini bitirmək planını təhlükəyə atmamağa çağırıb.

Araşdırma
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib, ölənlər var
Şimali Koreya Yapon dənizi istiqamətində çox sayda ballistik raket buraxıb
İraq qüvvələri DEAŞ-ın mövqelərinə hava zərbələri endirib
Braziliyada minlərlə insan Prezident Lula da Silvaya dəstək mitinqində bir araya gəlib
HƏMAS Qəzzadakı xəstəxanada hərbi fəaliyyətin olması ilə bağlı İsrailin iddialarını rədd edib
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
ABŞ-də Trampın siyasətini təbliğ edən reklamlar qadağan olunub
Yəmən ordusunun məlumatına görə husilərin 900-dən çox üzvü zərərsizləşdirilib
Cibuti sahillərində baş verən gəmi qəzasında 139 nəfər həlak olub, 84 nəfər itkin düşüb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı husilərin hücumlarını birgə bəyanatla pisləyiblər
Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda 12 nəfər həlak olub, 309 nəfər yaralanıb
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur
Fransada keçirilən tələbə və şagird etirazları ölkə miqyasında xaosa çevrilir
FTB Çin ilə əlaqəli hakerlərin proqramlarını ələ keçirib
Tramp administrasiyası miqrantları ABŞ-dən dəniz yolu ilə deportasiya etməyi nəzərdən keçirir
Meksikada həbsxanada iğtişaş nəticəsində 10 nəfər ölüb
NATO-nun "Steadfast Noon" təlimi oktyabrın 13-də başlayacaq
"İsaias" qasırğası ABŞ-nin şərq sahillərinə yaxınlaşır
ABŞ-də sinif yoldaşını qətlə yetirən qadının edamı uğursuzluqla nəticələnib
Ukrayna BM Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb