DÜNYA
2 dəqiqə oxuma
Hər iki tərəfin də itkilər verdiyi Pakistan-Əfqanıstan sərhədində toqquşmalar davam edir
Bir vaxtlar müttəfiq olan Cənubi Asiya ölkələri arasındakı son gərginlik İslamabadın Əfqanıstan Talibanının Pakistan daxilində artan hücumlar həyata keçirən terrorçulara qarşı...
Hər iki tərəfin də itkilər verdiyi Pakistan-Əfqanıstan sərhədində toqquşmalar davam edir
Əfqanıstan-Pakiskan / Reuters

Pakistan ordusu bu gün (15 oktyabr 2025) səhər tezdən Pakistanın cənub-qərb sərhədində Taliban döyüşçüləri ilə toqquşmalarda təxminən 20 Taliban döyüşçünün öldüyünü açıqlayıb.

Qonşu ölkələr arasında sərhəddə qarşıdurmaların ikinci həftəsinə girdiyi bir vaxtda Pakistan ordusu "Əfqan Talibanı dörd fərqli yerdə qorxaqcasına hücumlar həyata keçirdi... Hücumun dəf edilməsi zamanı 15-20 Əfqan Talibanı öldürüldü və çoxlu sayda insan yaralandı. Hələ də yeni hadisələr baş verir" ifadəsi ilə açıqlama verib.

Pakistan rəsmiləri bəyan ediblər ki, qadağan olunmuş Təhrik-i-Taliban Pakistan (TTP) ilə əlaqəli 30 Taliban döyüşçüsü və terrorçu da gecə ərzində şimal-qərb sərhəddində baş verən ayrı-ayrı toqquşmalarda öldürüldüyündən şübhələnilir.

Digər tərəfdən, Əfqanıstan Talibanı iddia edib ki, onlar tərəfdə sərhəddə 12-dən çox mülki vətəndaş həlak olub və bu vəziyyət həftə sonu onlarla insanın öldürülməsindən sonra qısa müddət ərzində hökm sürən kövrək sülhü pozub.

Bundan başqa, Əfqanıstan sərhədi yaxınlığındakı bölgədə TTP terrorçuları ilə toqquşmada azı altı pakistanlı hərbiləşdirilmiş əsgərin öldürüldüyü bildirilib.

Pakistan terrorçuların Əfqanıstandakı təhlükəsiz sığınacaqlardan fəaliyyət göstərdiyini iddia edir. Taliban isə Əfqanıstanda TTP terrorçularının olmasını inkar edir.

Əfqan Talibanının sözçüsü Zabihullah Mücahid "X" sosial media platformasında "Bu gün səhər tezdən Pakistan qüvvələri hücumlara başladı... 12-dən çox mülki şəxs şəhid oldu, 100-dən çox insan yaralandı" deyə bildirib.

Pakistan rəsmiləri toqquşmalarda Talibanı günahlandırıb və sərhəddə onların tərəfində 4 mülki vətəndaşın yaralandığını bildirib. Pakistanın Çaman bölgəsinin regional idarəçi Həbib Ullah Banqulzai "Reuters" agentliyinə bildirib ki, Taliban qüvvələri Pakistanın Çaman yaxınlığındakı postuna hücum edib.

Ən pisi

Banqulzai əlavə edib ki, toqquşmalar səhər tezdən təxminən beş saat davam edib və Pakistan qüvvələri hücumu “dəf edib”.

2600 kilometrlik sərhəddə iki ölkənin təhlükəsizlik qüvvələri arasında müntəzəm olaraq toqquşmalar baş versə də, ötən həftə baş verən toqquşmalar 2021-ci ildə Taliban Kabildə hakimiyyəti ələ keçirdikdən sonra ən şiddətli toqquşmalar olub.

Qonşu ölkələr toqquşmalardan sonra bir neçə sərhəd keçidini bağlayıb, ticarəti dayandırıb. Ağır yük daşıyan maşınlar hər iki tərəfdə qapalı qalıb.

Ötən həftə baş verən toqquşmalar beynəlxalq narahatlığa səbəb olub. Çin hər iki ölkəni Çin vətəndaşlarını və sərmayələrini qorumağa, Rusiya isə təmkinli olmağa çağırıb. Bununla belə, ABŞ prezidenti Donald Tramp münaqişənin sona çatmasına kömək edə biləcəyini söyləyib.

Bu ay Pakistan və Əfqanıstan arasında gərginlik Əfqanıstan Talibanının xarici işlər naziri Əmir Xan Mottakinin Pakistanın əzəli rəqibi Hindistana səfəri ilə eyni vaxta düşüb. Mottakinin səfəri zamanı Hindistan və Əfqanıstan münasibətləri gücləndirmək barədə razılığa gəliblər. Yeni Dehli Kabildəki səfirliyini yenidən açdığını, Əfqanıstan Talibanı isə Hindistana diplomatlar göndərəcəyini açıqlayıb.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib