B.Duran:“Türkiyə dezinformasiyaya qarşı mübarizəsini gücləndirir”

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran yeni dövlət təşəbbüsünü elan edib

By
B.Duran:“Türkiyə dezinformasiyaya qarşı mübarizəsini gücləndirir” / AA

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran yeni dövlət təşəbbüsünü elan edib. Bu layihə süni intellekt sistemlərinin məlumat infrastrukturunu gücləndirməklə dezinformasiya ilə mübarizəni hədəfləyir.

Burhanettin Duran bildirib ki, süni intellekt modellərinin yanlış və təsdiqlənməmiş məlumatlar deyil, rəsmi və doğru məlumatlarla işləməsi üçün etibarlı məlumat bazalarının hazırlanmasına başlanılıb.Layihə çərçivəsində bu ay hazırlanan məlumat bazası vasitəsilə beş əsas dil modeli sınaqdan keçirilib. Sınaqlar göstərib ki, qlobal süni intellekt sistemləri dezinformasiyaya qarşı hələ də müdafiəsizdir. Bu isə süni intellektin daha möhkəm və etibarlı mənbələr əsasında fəaliyyət göstərməsinin zəruriliyini bir daha təsdiqləyib.

Layihənin əsas hədəfi Türkiyənin rəsmi '‘Dezinformasiya Bülletenləri’’ni süni intellekt üçün təməl mənbəyə çevirməkdir. Burhanəddin Duranın sözlərinə görə, bu addım əsassız iddiaların yayılmasının qarşısını alacaq və manipulyasiyaları məhdudlaşdıracaq. Beləliklə, istifadəçilərin vacib məsələlərdə birbaşa dəqiq informasiya əldə etməsi təmin olunacaq.

B.Duran qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə artıq yalnız texnologiya istifadəçisi deyil, həm də bu texnologiyaların qaydalarını müəyyən edən bir ölkəyə çevrilir.