İsrail “Rəfah” keçid məntəqəsinin məhdud şəkildə yenidən açılmasına razılıq verib
ABŞ nümayəndələrinin Qəzzaya yardımın daxil olması üçün vacib olan keçid məntəqəsinin yenidən açması üçün İsrailə təzyiq göstərdiyi bildirilib
İsrail mühasirəyə alınmış ərazidəki son girovun qalıqları tapıldıqdan sonra Qəzza ilə Misir arasındakı "Rəfah" sərhəd keçid məntəqəsinin məhdud şəkildə yenidən açılmasına icazə verəcəyini açıqlayıb.
Həmin açıqlama yanvarın 25-də ABŞ nümayəndələrinin İsrail rəsmilərinə Qəzzaya yardımın çatdırılması üçün vacib olan keçidi yenidən açması üçün təzyiq göstərdikləri barədə xəbərlərdən sonra verilib.
"Rəfah keçid məntəqəsinin yenidən açılması ABŞ prezidenti Donald Tramp tərəfindən oktyabr ayında elan edilən Qəzza atəşkəs çərçivəsinin bir hissəsidir. İsrail qüvvələri soyqırım zamanı nəzarəti ələ keçirdikdən bəri keçid bağlı qalıb.
Benyamin Netanyahunun ofisindən "X" vasitəsilə verilən açıqlamada deyilib ki, keçid məntəqəsinin yenidən açılması "bütün sağ girovların qaytarılması və HƏMAS-ın bütün ölü girovları tapmaq və geri qaytarmaq üçün 100 faiz səy göstərməsi"ndən asılı olacaq.
Ofis bildirib ki, İsrail ordusu sonuncu girov olan Ran Qvilinin cəsədini tapmaq və geri qaytarmaq üçün toplanmış bütün kəşfiyyat məlumatlarından istifadə etmək ətmək üçün "hazırda məqsədyönlü əməliyyat aparır".
"Bu əməliyyatın başa çatmasından sonra və ABŞ ilə əldə edilən razılaşmaya uyğun olaraq, İsrail "Rəfah" sərhəd keçid məntəqəsini açacaq", - deyə məlumatda bildirilib.
İsrailin pozuntuları
Qəzzanı Misirlə birləşdirən "Rəfah" sərhəd keçid məntəqəsinin 10 oktyabrda qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsi olaraq oktyabr ayında yenidən açılması planlaşdırılırdı, lakin İsrail bu razılaşmaya əməl etməyib.
Atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrail ordusu yüzlərlə qanun pozuntusu törədib. Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusu ən azı 484 fələstinlini öldürüb və 1321 nəfəri yaralayıb.
İsrail mühasirəyə alınmış ərazidə apardığı soyqırımda əksəriyyəti qadın və uşaqlardan ibarət 71 mindən çox fələstinlini öldürüb.
Həmçinin mühasirəyə alınmış ərazini viran qoyub və bütün əhalisini didərgin salıb.