Rəcəb Tayyib Ərdoğan NBA-nın əfsanəvi basketbolçusu Şakil O'Nil ilə basketbol oynadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 20-də İstanbulda yerləşən Basketbol İnkişaf Mərkəzində NBA-nın əfsanəvi basketbolçusu Şakil O'Nil ilə bir araya gəlib

By
Rəcəb Tayyib Ərdoğan NBA-nın əfsanəvi basketbolçusu Şakil O'Nil ilə basketbol oynadı / others

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 20-də İstanbulda yerləşən Basketbol İnkişaf Mərkəzində NBA-nın əfsanəvi basketbolçusu Şakil O'Nil ilə bir araya gəlib. Bu maraqlı görüşün görüntüləri dövlət başçısının sosial media hesablarında basketbol topu və Türkiyə bayrağı emojiləri ilə paylaşılıb.

Yayımlanan fotolarda Prezident Ərdoğan və Şakil O'Nilin basketbol oynadıqları, səmimi söhbət etdikləri və sonda bir-birlərinə imzalı basketbol topları hədiyyə etdikləri əks olunub. Yüksək vəzifəli rəsmi şəxslərin də iştirak etdiyi tədbir çərçivəsində Ərdoğan və O'Nil Basketbol İnkişaf Mərkəzində təhsil alan tələbələrlə də görüşərək onlarla xatirə şəkli çəkdiriblər.