İrandakı etirazlarda ölənlərin sayı 4 min nəfəri ötüb
İran hökuməti üsyançı qrupların arxasında ABŞ və İsrailin dayandığını iddia edir
ABŞ mərkəzli bir insan hüquqları qrupu yanvarın 19-da yaydığı açıqlamada İranda baş verən etirazlar zamanı həyatını itirənlərin sayının 4 min 29 nəfərə yüksəldiyini bildirib.
Qurum tərəfindən toplanmış məlumatlara görə, ölkə üzrə etirazların 23-cü günündə saxlanılanların sayı 26 min 15 nəfər olub. Hesabatda qeyd olunur ki, aksiyalar zamanı təxminən 5 min 811 nəfər də ağır xəsarət alıb.
Dekabrın 28-də paytaxt Tehranda İran rialının kəskin dəyər itirməsi və pisləşən iqtisadi şərait səbəbindən başlayan etiraz dalğaları ilə sarsılıb. Etirazlar daha sonra bir çox şəhərə yayılıb.
İran rəsmiləri ictimai məkanlarda müxtəlif hücumlar həyata keçirən və “silahlı üsyançılar” kimi xarakterizə etdikləri qrupların arxasında ABŞ və İsrailin dayandığını iddia edirlər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp etirazçıların öldürülməsi halında İrana qarşı dəfələrlə “sərt zərbə endirmək”lə hədələyib. Lakin sonradan İran tərəfindən yüzlərlə edamın ləğv edildiyi barədə xəbərlərdən sonra ABŞ Tehran hökumətinə təşəkkür edib.