SİYASƏT
2 dəqiqə oxuma
Ukrayna və Rusiya nümayəndələri Cenevrədə bir araya gələcək
Ukrayna və Rusiya nümayəndə heyətləri 17-18 fevral tarixlərində Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək sülh danışıqlarının yeni mərhələsində bir araya gələcəklər
Ukrayna və Rusiya nümayəndələri Cenevrədə bir araya gələcək
Ukrayna və Rusiya nümayəndələri Cenevrədə bir araya gələcək / AP

Ukrayna və Rusiya nümayəndə heyətləri 17-18 fevral tarixlərində Cenevrədə ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək sülh danışıqlarının yeni mərhələsində bir araya gələcəklər. Kreml tərəfindən verilən məlumata görə, görüşdə əsas diqqət ərazi məsələlərinə yönəldiləcək.

Donald Tramp rəsmi Moskva və Kiyevi münaqişəyə son qoymaq üçün razılıq əldə etməyə çağırır. Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bu günə qədər rastlaşdığı ən ağır "təzyiq" ilə üzləşdiyini bəyan edib.

Hazırda Rusiya Ukraynadan Moskvanın hələ tam ələ keçirə bilmədiyi Donetsk bölgəsinin qalan 20 faizini təhvil verməyi tələb edir. Kiyev isə bu tələbi qətiyyətlə rədd edir.

Danışıqların məkanı əvvəlki iki mərhələnin keçirildiyi Əbu-Dabidən İsveçrəyə köçürülüb. Kreml sözçüsü Dmitri Peskov bu dəfə daha geniş və əsas məsələlərin müzakirə ediləcəyini bildirib.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək. Heyətdə həmçinin Hərbi Kəşfiyyat (QRU) rəisi İqor Kostyukov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev yer alır.

Kiyevi Müdafiə naziri Rüstəm Umerov və Baş Kəşfiyyat İdarəsinin (HUR) rəisi Kirilo Budanov təmsil edəcək. Nümayəndə heyətində Prezident Administrasiyasının rəsmisi Sergey Kıslıtsya da iştirak edir.

Cenevrə görüşü Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümündən (24 fevral) bir neçə gün əvvələ təsadüf edir. Ötən dörd il ərzində on minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb və Ukraynanın infrastrukturu ciddi dağıntılara məruz qalıb. Xüsusilə son hava hücumları nəticəsində yüz minlərlə ukraynalı sərt qış şəraitində enerji və istiliksiz qalıb.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski danışıqların ciddi olacağına ümid etdiyini desə də, tərəflərin bəzən tamamilə fərqli məsələlərdən danışdığını etiraf edib. Ukrayna tərəfi hələ də Rusiya nümayəndəsi Medinskinin danışıqlar masasında diplomatik müzakirələr əvəzinə "tarix dərsi" verməyə çalışmasından narahatdır.

Rüstəm Umerov Cenevrəyə yola düşməzdən əvvəl Ukraynanın əsas hədəfinin "davamlı və ədalətli sülh" olduğunu bir daha vurğulayıb.

Araşdırma
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''