"Milan–Kortina-2026" Qış Olimpiya Oyunlarının açılış mərasimində İsrail komandası fitə basılıb
İsrailli idmancılar açılış mərasiminə daxil olarkən, şən və bayram ab-havasında keçən qlobal qış idmanı tədbirində tamaşaçıların etirazı ilə qarşılaşıb
İsrail komandası “Milan–Kortina-2026” Qış Olimpiya Oyunlarının açılış mərasimində Qəzzada fələstinlilərə qarşı törədilən soyqırım səbəbilə fitə basılıb.
İsrail bayrağını dalğalandıran və gülümsəyən dörd nəfərlik İsrail nümayəndə heyəti fevralın 6-da iştirakçı ölkələrin paradı zamanı “San Siro” stadionuna daxil olub. Lakin az sonra stadionda yüksək səslə səsləndirilən musiqi tamaşaçıların fit səslərini böyük ölçüdə ört-basdır edib.
İsrailli idmançılar açılış mərasimindən əvvəl bildiriblər ki, mühasirə altında olan Qəzzada İsrailin həyata keçirdiyi soyqırımdan sonra mərasim zamanı yarana biləcək etirazlara hazır idilər.
Xatırladaq ki, İsrail ordusu Qəzzada təxminən 72 min fələstinlini öldürüb, 171 min 400-dən çox şəxsi yaralayıb. Hesabatlarda bu rəqəmlərin natamam ola biləcəyi və ümumi ölənlərin sayının təxminən 200 minə çata biləcəyi qeyd olunur.
Binaların və yaşayış evlərinin təxminən 90 faizini dağıdan İsrail ordusu Qəzza ərazisinin yarıdan çoxunu işğal altında saxlamaqda davam edir.
Qəzza səhiyyə rəsmilərinin məlumatına görə, oktyabr ayında başlayan atəşkəsdən sonra İsrail əksəriyyəti mülki şəxslər olmaqla, təxminən 560 fələstinlini öldürüb.