Prezident R.T.Ərdoğan bölgədəki müharibənin genişlənmədən dayandırılması çağırışı etdi
Ölkə rəhbəri R.T.Ərdoğan diplomatik həll yolunun hər zaman mümkün olduğunu bildirib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı müharibəsinin genişlənərək bölgəni tamamilə alova bürüməsindən əvvəl dayandırılmasının vacibliyini vurğulayıb. Bunun isə ancaq diplomatiya yolu ilə mümkün olacağını bildirib.
Martın 11-də (bu gün) hakim partiyanın parlamentdə keçirilən qrup iclasında çıxış edən ölkə başçısı R.T.Ərdoğan deyib ki, Türkiyə yenidən masa arxasına və danışıqlara qayıdılması, diplomatiyanın yenidən işə salınması üçün səylərini davam etdirir.
Dövlət başçısı R.T.Ərdoğan vəziyyətin həssaslığını nəzərə alaraq Türkiyənin ehtiyatlı davrandığını və ətrafında baş verən münaqişələrdən qorunmaq üçün zəruri tədbirlər gördüyünü də əlavə edib.
Prezident R.T.Ərdoğan Türkiyənin bölgədə baş verən böhranlara laqeyd qalmadığını və ehtiyac yarandığı zaman dostlarına və qardaşlarına arxa çevirmədiyini vurğulayıb.