SİYASƏT
1 dəqiqə oxuma
Türkiyə və Suriya rəsmiləri arasında keçirilən görüşdə müdafiə əməkdaşlığına diqqət çəkildi
Türkiyə ilə Suriya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə müxtəlif mövzular müzakirə olunub və bu istiqamətdə yeni yollar araşdırılıb
Türkiyə və Suriya rəsmiləri arasında keçirilən görüşdə müdafiə əməkdaşlığına diqqət çəkildi
Türkiyə və Suriya rəsmiləri arasında keçirilən görüşdə müdafiə əməkdaşlığına diqqət çəkildi
12 oktyabr 2025

Suriya Müdafiə naziri Murhef Əbu Kasra oktyabrın 11-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və onu müşayiət edən heyətlə Dəməşqdə görüş keçirib.

Suriya Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımlanan açıqlamaya görə, tərəflər bir sıra ortaq məsələləri nəzərdən keçirib və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, bu görüş 12 oktyabrda Ankarada keçirilməsi planlaşdırılan yüksək səviyyəli toplantı öncəsi baş tutub.

Toplantının gündəliyində təhlükəsizlik əməkdaşlığı və bölgədəki son inkişafların əsas müzakirə mövzusu olacağı gözlənilir. Türkiyəni həmin görüşdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın təmsil edəcək.

Xatırladaq ki, oktyabrın 8-də Ankarada keçirilən birgə mətbuat konfransında Hakan Fidan Suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə apardıqları müzakirələrdə Suriyadakı son seçkilər, ikitərəfli münasibətlər və regional proseslər barədə “əhatəli və açıq danışıqlar” aparıldığını bildirmişdi.

Nazir H.Fidan həmçinin vurğulamışdı ki, Suriya hökuməti terrorla mübarizə sahəsində iradə nümayiş etdirir. Onun sözlərinə görə, mövcud vəziyyət “Əsəd rejimi dövründə həll olunmayan təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün böyük bir fürsət” yaradır.

MƏNBƏ:TRT
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb