SİYASƏT
2 dəqiqə oxuma
Çin dövləti ABŞ-ın yeni tarif planına etiraz edir
Pekin rəhbərliyi ABŞ-a qarşı öz maraqlarını qoruyacağını açıqlayıb
Çin dövləti ABŞ-ın yeni tarif planına etiraz edir
Çin dövləti ABŞ-ın yeni tarif planına etiraz edir
12 oktyabr 2025

“Global Times” tərəfindən yayımlanan xəbərə görə, Pekin rəhbərliyi ABŞ prezidenti Donald Trampın Çinə qarşı yeni gömrük rüsumları və ixrac məhdudiyyətləri tətbiq edəcəyi barədə təhdidindən sonra oktyabrın 12-də (bu gün) açıqlama verib. Çin hökuməti bildirib ki, rəsmi Pekin ABŞ-la ticarət müharibəsindən qorxmur.

Çin Xalq Respublikası (ÇXR) Ticarət Nazirliyinin sözçüsü bəyan edib ki, “yüksək tariflərlə bağlı əsassız təhdidlər” Çinlə qarşılıqlı əlaqə qurmağın düzgün yolu deyil. O, rəsmi Pekinin bu mövzudakı mövqeyinin dəyişməz olduğunu xüsusi vurğulayıb.

ÇXR rəsmisi əlavə edib: “Biz ticarət müharibəsi istəmirik, ancaq bundan da qorxmuruq. Çin dövləti milli və beynəlxalq təhlükəsizliyini qətiyyətlə qoruyur, ədalətli və məntiqli prinsiplərə əsaslanan mövqeyini nümayiş etdirir və ixrac nəzarəti tədbirlərini diqqətli və ölçülü şəkildə tətbiq edir.”

 

D.Trampın yeni tarifləri

Qeyd edək ki, Çinin bu açıqlamaları ABŞ prezidenti Donald Trampın oktyabrın 10-da verdiyi bəyanatdan sonra səsləndirilib. Belə ki, D.Tramp 2025-ci il noyabrın 1-dən etibarən və ya rəsmi Pekinin əlavə addımlar atacağı təqdirdə Çindən idxal olunan mallara 100 faiz yeni gömrük rüsumu tətbiq ediləcəyini bildirmişdi. Eyni zamanda “kritik proqram təminatlarının” ixracına da məhdudiyyət qoyulacağını elan etmişdi.

D.Tramp bu qərarı sosial media platforması “Truth Social” üzərindən açıqlayaraq, Çinin nadir torpaq elementlərinin ixracına yönəlik məhdudiyyətləri sərtləşdirməsi istiqamətində atdığı addıma cavab olaraq qəbul etdiyini bildirdi.

Xatırladaq ki, Çin ötən həftə oktyabrın 9-da nadir torpaq elementlərinin ixrac məhdudiyyətlərini genişləndirərək, bu məhdudiyyətləri emal və istehsal texnologiyalarını, həmçinin xarici şirkətlərlə əməkdaşlığı da əhatə edəcək şəkildə təsdiqləmişdi. Bu qərara əsasən, hökumətin əvvəlcədən təsdiqi olmadan bu sahələrdə fəaliyyət göstərmək mümkün olmayacaq.

Çin Ticarət Nazirliyi açıqlamasında bildirib ki, bu tədbirlərin məqsədi nadir torpaq elementləri ilə bağlı texnologiyaların, o cümlədən mədənçilik, əridilmə, ayrışdırma və təkrar emal proseslərinin ixracını tənzimləmək və bununla da milli təhlükəsizliyi qorumaqdır.

MƏNBƏ:TRT
Araşdırma
İndoneziya dövləti Qəzza ilə bağlı missiya üçün 20 min nəfərlik heyət hazırlayır
Qəzza planı ilə bağlı BMT-yə təcili səsvermə çağırışı edilib
ABŞ-nin Türkiyədəki səfiri Konqresi Suriyaya kömək üçün sanksiyaları ləğv etməyə çağırıb
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir