TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə dövləti Sudana tonlarla yardım daşıyan yeni “Xeyirxahlıq gəmisi”ni yola salıb
Sudanda davam edən toqquşmalar səbəbindən didərgin düşmüş insanlara ərzaq məhsulları, tibbi ləvazimatlar və sığınacaq avadanlıqları göndərilir
Türkiyə dövləti Sudana tonlarla yardım daşıyan yeni “Xeyirxahlıq gəmisi”ni yola salıb
“Xeyirxahlıq Gəmisi” / AA
11 yanvar 2026

Türkiyə Sudanda davam edən münaqişədən zərər çəkənlərə yardım fəaliyyətlərini davam etdirmək məqsədilə 2 min 600 ton humanitar yardım daşıyan altıncı “Xeyirxahlıq Gəmisi”ni yola salıb.

“Mersin” Limanından hərəkətə başlayan gəmi Fövqəladə Halların İdarə olunması üzrə Dövlət Agentliyinin (AFAD) koordinasiyası ilə yerli qurumlar, vətəndaş cəmiyyəti təşkilatları və Qətər İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

AFAD-ın sədri Ali Hamza Pehlivan Türkiyənin Sudandakı humanitar böhrana biganə qalmadığını vurğulayaraq bildirib ki, əvvəlki göndərişlər çərçivəsində 2024-cü ildə 5 min 500 ton yardım çatdırılıb, ötən ay isə üç gəmi ilə 30 min çadır göndərilib.

Budəfəki humanitar yardım göndərişinə ərzaq məhsulları, şəxsi gigiyena vasitələri, tibbi ləvazimatlar və sığınacaq avadanlıqları daxildir.

A.H.Pehlivan açıqlamasında deyib: “Sudanda didərgin düşən insanların sığınacaq ehtiyacının dekabr ayında kritik səviyyəyə çatdığını nəzərə alaraq 7 dekabr tarixindən etibarən yardım gəmilərini göndərməyə başladıq. Ardıcıl üç gəmi yola salmaqla oradakı qardaşlarımızın sığınacaq ehtiyaclarını dəstəkləməyə çalışdıq.”

Türkiyənin Qəzzaya yönəlik humanitar yardımının da davam etdiyini bildirən A.H.Pehlivan iyirminci yardım gəmisinin gələn həftə hərəkətə başlamasının planlaşdırıldığını, indiyədək təxminən 105 min ton yardımın çatdırıldığını da qeyd edib.

Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayından bu yana ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurma yaşanır. Bu toqquşmalar minlərlə insanın həlak olmasına və milyonlarla şəxsin didərgin düşməsinə səbəb olub.

Sudanın 18 əyalətindən Darfur bölgəsində yerləşən beş əyalətin hamısı hazırda RSF silahlı qruplaşmasınınm nəzarətindədir. Təkcə Şimali Darfurun şimalındakı bir neçə ərazi ordunun nəzarəti altında qalır.

Ancaq bununla yanaşı, Sudan ordusu paytaxt Xartum da daxil olmaqla cənub, şimal, şərq və mərkəzi bölgələrdə yerləşən qalan 13 əyalətin əksəriyyətində üstünlüyünü hələ də qoruyur.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə və İraq dövlət başçıları arasında telefon danışığı olub
Ə.Ərdoğan "TRT World Citizen Awards" mərasimində humanitar fəaliyyət göstərənləri mükafatlandırıb
Hakan Fidan: "ABŞ və İran nüvə razılaşmasında mövqelərini yumşaldır"
Türkiyə dövləti Qəzzaya yardım yükləri göndərir
Ərdoğan Suriyada birlik və davamlı sülhə çağırıb
Türkiyə Böyük Millət Məclisi nümayəndə heyəti ABŞ-də bir sıra görüşlər keçirir
İstanbulda Beynəlxalq Gənc İş Adamları Konqresi keçirildi
Türkiyə DEAŞ-a qarşı mübarizədə koordinasiyalı yanaşmanın vacibliyini vurğulayıb
Prezident R.T.Ərdoğan yeni ədliyyə və daxili işlər nazirləri təyin edib
Türkiyə və yeddi digər ölkə İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarını qınayıb
Türkiyə əhalisinin sayı açıqlanıb
Türkiyə Sudanda didərgin salınmış mülki şəxslərə qarşı ölümcül hücumu pisləyib
B.Duran Dohada keçirilən 17-ci “Əl-Cəzirə” Forumunda iştirak edib
H.Fidan Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüş keçirib
Ərdoğan 2023-cü ildə baş verən zəlzələnin ildönümündə Türkiyənin bərpa vədinə əməl etdiyini bildirib
Türkiyədə ''Mossad''a casusluq etməkdə təqsirləndirilən iki nəfər saxlanılıb
SETA: Türkiyə-İraq münasibətləri ortaq təhlükəsizlik regional dəyişikliklər işığında sürət qazanır
Prezident Ərdoğan Türkiyənin potensial ABŞ-İran müharibəsinin qarşısını almaq səylərini vurğulayıb
Türkiyə Somalinin terrora qarşı mübarizəsinə hava və quru hərbi dəstəyini artırır
Türkiyə və Səudiyyə Ərəbistanı KAAN qırıcı təyyarələrinə birgə investisiya yatıracaq