TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə dövləti Sudana tonlarla yardım daşıyan yeni “Xeyirxahlıq gəmisi”ni yola salıb
Sudanda davam edən toqquşmalar səbəbindən didərgin düşmüş insanlara ərzaq məhsulları, tibbi ləvazimatlar və sığınacaq avadanlıqları göndərilir
Türkiyə dövləti Sudana tonlarla yardım daşıyan yeni “Xeyirxahlıq gəmisi”ni yola salıb
“Xeyirxahlıq Gəmisi” / AA

Türkiyə Sudanda davam edən münaqişədən zərər çəkənlərə yardım fəaliyyətlərini davam etdirmək məqsədilə 2 min 600 ton humanitar yardım daşıyan altıncı “Xeyirxahlıq Gəmisi”ni yola salıb.

“Mersin” Limanından hərəkətə başlayan gəmi Fövqəladə Halların İdarə olunması üzrə Dövlət Agentliyinin (AFAD) koordinasiyası ilə yerli qurumlar, vətəndaş cəmiyyəti təşkilatları və Qətər İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

AFAD-ın sədri Ali Hamza Pehlivan Türkiyənin Sudandakı humanitar böhrana biganə qalmadığını vurğulayaraq bildirib ki, əvvəlki göndərişlər çərçivəsində 2024-cü ildə 5 min 500 ton yardım çatdırılıb, ötən ay isə üç gəmi ilə 30 min çadır göndərilib.

Budəfəki humanitar yardım göndərişinə ərzaq məhsulları, şəxsi gigiyena vasitələri, tibbi ləvazimatlar və sığınacaq avadanlıqları daxildir.

A.H.Pehlivan açıqlamasında deyib: “Sudanda didərgin düşən insanların sığınacaq ehtiyacının dekabr ayında kritik səviyyəyə çatdığını nəzərə alaraq 7 dekabr tarixindən etibarən yardım gəmilərini göndərməyə başladıq. Ardıcıl üç gəmi yola salmaqla oradakı qardaşlarımızın sığınacaq ehtiyaclarını dəstəkləməyə çalışdıq.”

Türkiyənin Qəzzaya yönəlik humanitar yardımının da davam etdiyini bildirən A.H.Pehlivan iyirminci yardım gəmisinin gələn həftə hərəkətə başlamasının planlaşdırıldığını, indiyədək təxminən 105 min ton yardımın çatdırıldığını da qeyd edib.

Xatırladaq ki, Sudanda 2023-cü ilin aprel ayından bu yana ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri (RSF) arasında qarşıdurma yaşanır. Bu toqquşmalar minlərlə insanın həlak olmasına və milyonlarla şəxsin didərgin düşməsinə səbəb olub.

Sudanın 18 əyalətindən Darfur bölgəsində yerləşən beş əyalətin hamısı hazırda RSF silahlı qruplaşmasınınm nəzarətindədir. Təkcə Şimali Darfurun şimalındakı bir neçə ərazi ordunun nəzarəti altında qalır.

Ancaq bununla yanaşı, Sudan ordusu paytaxt Xartum da daxil olmaqla cənub, şimal, şərq və mərkəzi bölgələrdə yerləşən qalan 13 əyalətin əksəriyyətində üstünlüyünü hələ də qoruyur.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir
Türkiyə XİN İdlibdəki partlayışla bağlı Suriya xalqına başsağlığı verdi
Türkiyədə ilk dəfə təşkil edilən "GITEX AI" tədbiri öz işinə başlayıb
Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
Türkiyə müdafiə sənayesindəki təcrübəsini mülki texnologiyalar sahəsində tətbiq etməyi planlaşdırır
Türkiyə XİN Mladiçin dəfn mərasimi ilə bağlı bəyanat yayıb
Murat Kurum:''Fəthiyədə böyük ekoloji layihə həyata keçiriləcək''
R.T.Ərdoğan Avropa çempionu olan Türkiyə millisini təbrik edib
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub
R.T.Ərdoğan:''Türkiyə İran-ABŞ gərginliyinin sona çatması üçün səylər göstərir''
Türkiyə Avropa Parlamentinə reaksiya verdi: "Tarixi faktlar təhrif edilir"
Türkiyə və Yunanıstanın baş kəşfiyyatçıları Afinada görüş keçiriblər
İstanbulda DEAŞ-la əlaqəli olduğu ehtimal edilən şübhəli bir nəfər əməliyyatla zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb