Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Rusiya ilə birbaşa danışıqlar aparmaq üçün Ukrayna nümayəndə heyətinin rəhbərliyi ilə İstanbula gəlib.

By
Rüstem Umerov / Reuters

Tərəflər 23 iyulda İstanbulda keçirilən son görüşlərində hərbi girovların və mülki məhbusların mübadiləsi barədə razılığa gəliblər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Rusiya ilə birbaşa danışıqlar aparmaq üçün Ukrayna nümayəndə heyətinin rəhbərliyi ilə İstanbula gəlib.

Danışıqlar noyabrın 11-də baş tutub.

"Telegram"da yayımlanan açıqlamada Umerov səfərin məqsədinin Rusiya ilə məhbus mübadiləsini bərpa etmək olduğunu bildirib.

Umerov "Bu günlərdə Türkiyə və Yaxın Şərqdə mübadilə prosesinin yolunu açmaq üçün çalışacağam. Razılaşma var idi və biz onu həyata keçirməliyik" deyib.

Umerov bildirib ki, Türkiyədəki görüşdə mübadilələrin bərpası müzakirə olunmalı idi. Görüşlərdə kimin iştirak edəcəyi barədə heç bir məlumat verilməyib.

Rusiya və Ukrayna 23 iyulda İstanbulda keçirilən son birbaşa danışıqlarda hərbi əsirlərin və mülki şəxslərin mübadiləsi barədə razılığa gəliblər.

Moskva Kiyevə siyasi, humanitar və hərbi məsələlər üzrə işləmək üçün üç onlayn qrupun yaradılmasını təklif edib. Kreml daha sonra Kiyevdən Moskvanın təklifinə cavab almadığını açıqlayıb.

Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, qismvn də olsa Səudiyyə Ərəbistanı və Qətər Rusiya və Ukrayna arasında humanitar mübadilədə vasitəçilik ediblər.