Türkiyənin müdafiə ixracında artım qeyde alındı

Yanvar-oktyabr ayları arasında müdafiə və aerokosmik sektorunun Türkiyənin ümumi ixracatındakı payı 3,5 faizə yüksəlib

By
Türkiyənin müdafiə ixracı

Yanvar-oktyabr ayları arasında müdafiə və aerokosmik sektorunun Türkiyənin ümumi ixracatındakı payı 3,5 faizə yüksəlib.

Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri Haluk Görgün Türkiyənin müdafiə və aerokosmik ixracının 2025-ci ilin ilk 10 ayında illik müqayisədə 31 faiz artaraq 6,7 milyard dollara çatdığını açıqlayıb.

Bu artımla müdafiə və aerokosmik sektorunun Türkiyənin ümumi ixracatındakı payı 3,5 faizə yüksəlib.

Türkiyənin "NSosyal" sosial media platformasında verdiyi açıqlamada Haluk Görgün deyib: “Sektorumuzdakı bu davamlı ixrac uğuru, dünyanın hər yerində həyata keçirdiyimiz müdafiə sənayesi əməkdaşlıq fəaliyyətlərinin bəhrəsidir. Bu səyləri eyni qətiyyətlə davam etdiririk”.

Türkiyənin ilin ilk 10 ayında ümumi ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 224,6 milyard dollara çatıb.