İrandakı etirazlarda ölənlərin sayı 2 677-yə çatıb

ABŞ-da yerləşən insan haqları təşkilatı HRANA-nın məlumatına görə, etirazlarla əlaqədar ən azı 19 min 907 nəfər saxlanılıb

By
İrandakı etirazlarda ölənlərin sayı / Reuters

ABŞ-da yerləşən "Human Rights Activist News Agency" (HRANA) təşkilatının məlumatına görə, etirazlarla əlaqədar ən azı 19 min 907 nəfər saxlanılıb.

ABŞ-da yerləşən insan haqları təşkilatı yanvarın 15-də İran etirazlarında ölənlərin sayının 2 677-yə çatdığını açıqlayıb.

HRANA bildirib ki, çətin iqtisadi vəziyyətdən mənbələnən və hələ də davam edən etirazlarda 19 min 097 nəfər də saxlanılıb.

İran hakimiyyəti etirazlar zamanı ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Etirazlar 28 dekabrda paytaxt Tehranda dükan sahibləri, tacirlər və kiçik biznes sahibləri artan inflyasiya, rialın devalvasiyası və pisləşən iqtisadi vəziyyətə etiraz olaraq tətillər və nümayişlər təşkil etdikləri zaman başlayıb.

Etirazlar bir çox şəhərə yayıldıqca, işçilərin, tələbələrin və cəmiyyətin digər təbəqələrinin iştirakı ilə hökumət əleyhinə xarakter alıb.