TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan ilə D.Tramp arasında telefon danışığı keçirilib
R.T.Ərdoğan bildirib ki, terrordan təmizlənmiş, bütün sahələrdə inkişaf edən, dinc bir Suriya regional sabitliyə töhfə verəcək
Prezident R.T.Ərdoğan ilə D.Tramp arasında telefon danışığı keçirilib
Prezident R.T.Ərdoğan ilə D.Tramp arasında telefon danışığı keçirilib / Reuters
21 yanvar 2026

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli münasibətlərin, eləcə də regional və qlobal məsələlərin müzakirəsi məqsədilə telefon danışığı aparılıb. Görüşlə bağlı açıqlama Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən verilib.

Prezident R.T.Ərdoğan D.Trampa Türkiyənin Suriyadakı prosesləri yaxından izlədiyini, Suriyanın birliyi, həmrəyliyi və ərazi bütövlüyünün rəsmi Ankara üçün vacib olduğunu ifadə edib.

Tərəflər həmçinin DEAŞ terror təşkilatı ilə mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan DEAŞ üzvlərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Dövlət başçısı R.T.Ərdoğan bir daha vurğulayıb ki, terrordan təmizlənmiş, bütün sahələrdə inkişaf edən, dinc bir Suriya regional sabitliyə töhfə verəcək.

 

Qəzzada sülh üçün ABŞ ilə koordinasiya

Qəzza məsələsinə də toxunan Prezident R.T.Ərdoğan bölgədə sülhün təmin olunması istiqamətində səylərin davam etdiyini bildirərək, Türkiyənin bu mövzuda ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməyə davam edəcəyini qeyd edib.

Ölkə rəhbəri R.T.Ərdoğan eyni zamanda D.Trampa Qəzza Sülh Şurasına etdiyi dəvətə görə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, D.Tramp yanvarın 20-də verdiyi açıqlamada “çox sevdiyim” R.T.Ərdoğan ilə çox vacib bir telefon danışığı aparacağını demişdi.

Xatırladaq ki, Ağ Ev yanvarın 16-da yaydığı bəyanatda bildirib ki, D.Trampın Qəzzada İsrailin soyqırımını daimi şəkildə dayandırmağı və bölgənin yenidən qurulmasını hədəfləyən 20 maddəlik planının icrasında həlledici rol oynayacaq Qəzza Sülh Şurası yaradılıb. Şuranın strateji nəzarəti təmin etməsi, beynəlxalq resursları səfərbər etməsi və Qəzzanın münaqişə mərhələsindən sülh və inkişaf prosesinə keçidində hesabatlılığı təmin etməsi nəzərdə tutulur.

ABŞ həmçinin D.Trampın Qəzza münaqişəsinə son qoymağa yönəlmiş hərtərəfli planının ikinci mərhələsini həyata keçirmək məqsədilə Qəzza İdarəetməsi üzrə Milli Komitəni, Təsisçi İcra Şurasını və keçid çərçivəsini dəstəkləmək üçün Qəzza İcra Şurasını formalaşdırıb.

D.Tramp aralarında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da olduğu bir sıra dövlət və hökumət başçılarını bu şuraya qatılmağa dəvət edib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyədə ''Mossad''a casusluq etməkdə təqsirləndirilən iki nəfər saxlanılıb
SETA: Türkiyə-İraq münasibətləri ortaq təhlükəsizlik regional dəyişikliklər işığında sürət qazanır
Prezident Ərdoğan Türkiyənin potensial ABŞ-İran müharibəsinin qarşısını almaq səylərini vurğulayıb
Türkiyə Somalinin terrora qarşı mübarizəsinə hava və quru hərbi dəstəyini artırır
Türkiyə və Səudiyyə Ərəbistanı KAAN qırıcı təyyarələrinə birgə investisiya yatıracaq
Numan Kurtulmuş Suriyadakı mövcud vəziyyəti qiymətləndirib
Türkiyə Respublikası Mərkəzi Bankına iki yeni sədr müavini təyin edilib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək
Ankarada Türkiyə–Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilir
Türkiyə dövləti Konqoda mədənin çökməsi hadisəsi ilə əlaqədər başsağlığı mesajı yayımlayıb
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə İran və ABŞ arasında vasitəçi olmağa hazırdır''
"Yunanıstanın Egey dənizindəki fəaliyyəti ilə bağlı naviqasiya xəbərdarlıqlarımız müddətsizdir"
Hakan Fidan: "Tehran danışıqlara hazırdır"
Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb
R.T.Ərdoğan Suriyada genişmiqyaslı yenidənqurma səfərbərliyinin başladılacağını açıqladı
Türkiyə və Nigeriya ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün yeni addımlar atır
Ankarada Qəzza sülh planı və humanitar vəziyyət müzakirə edilib
Rəsmi Ankara “DEAŞ-a dəstək verilməsi” ilə bağlı iddiaları dezinformasiya adlandırıb
R.T.Ərdoğan DEAŞ-a qarşı mübarizənin gücləndiyini bildirib
İ.Kalın İstanbulda “Həmas”nümayəndə heyəti ilə görüşüb