Türkiyə iki mühüm beynəlxalq sazişi ratifikasiya edib

Türkiyə beynəlxalq arenada həm iqtisadi, həm də ekoloji əhəmiyyət kəsb edən iki mühüm müqaviləni ratifikasiya edib

By
Türkiyə iki mühüm beynəlxalq sazişi ratifikasiya edib / AA

Türkiyə beynəlxalq arenada həm iqtisadi, həm də ekoloji əhəmiyyət kəsb edən iki mühüm müqaviləni ratifikasiya edib. Rəsmi Qəzetdə dərc edilən qərarlarla Honkonq ilə investisiyaların qorunması və BMT-nin dəniz biomüxtəlifliyi haqqında sazişləri rəsmən qüvvəyə minib.

Birinci sənəd Türkiyə hökuməti ilə Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi arasında imzalanan "İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında Saziş"dir. 2023-cü ilin iyun və oktyabr aylarında imzalanan bu müqavilə investisiyaların təhlükəsizliyini təmin edir.

Bundan başqa, Türkiyə BMT-nin dəniz biomüxtəlifliyinin qorunmasına dair sazişini də təsdiqləyib. "Milli yurisdiksiyadan kənar ərazilərdə dəniz bioloji müxtəlifliyinin qorunması və davamlı istifadəsi haqqında Saziş" 27 sentyabr 2024-cü ildə Nyu-Yorkda imzalanıb və ekoloji tarazlığın qorunmasını hədəfləyir.

Hər iki sənəd dərc edildiyi andan qüvvəyə minib.