TÜRKİYƏ
1 dəqiqə oxuma
TANAP 2018-ci ildən bəri 99 milyard kubmetrə yaxın təbii qaz nəql edib
Azərbaycan təbii qazını Türkiyəyə və Avropaya daşıyan TANAP-ın 8 yaşı tamam olur
TANAP 2018-ci ildən bəri 99 milyard kubmetrə yaxın təbii qaz nəql edib
TANAP 2018-ci ildən bəri 99 milyard kubmetrə yaxın təbii qaz nəql edib

Azərbaycan təbii qazını Türkiyəyə və Avropaya daşıyan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 2018-ci ildən bu yana Türkiyəyə 39,2 milyard, ümumilikdə isə 99 milyard kubmetrə yaxın təbii qaz ötürüb.

Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "NSosyal" sosial şəbəkə hesabındakı paylaşımında Türkiyə və Azərbaycan əməkdaşlığının regionun sabitliyinə və gələcəyinə güc qatmağa davam edəcəyini bildirib.

TANAP-ın enerji təchizatı təhlükəsizliyinin ən böyük təminatı olduğunu vurğulayan A.Bayraktar deyib: "Türkiyə və Azərbaycan qardaşlığının rəmzi, Cənub Qaz Dəhlizinin onurğa sütunu olan TANAP-ın 8 yaşı tamam olur. 2018-ci ildən bu günədək ölkəmizə 39,3 milyard, ümumilikdə isə 99 milyard kubmetrə yaxın təbii qaz nəql edən bu nəhəng layihə təkcə ölkəmizin deyil, həm də Avropanın enerji təchizatı təhlükəsizliyinin ən böyük təminatıdır. İki dövlət, tək millət şüarı ilə çiyin-çiyinə həyata keçirdiyimiz bu əməkdaşlıq regionumuzun sabitliyinə və ortaq gələcəyimizə güc qatmağa davam edəcək."

MƏNBƏ:TRT
Araşdırma
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
15 iyul 2016-cı ildə nələr baş verdi?
Hakan Fidan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın sammitinə qatılıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək
Cevdet Yılmaz:''Dövlətimizin bütün qurumları bu ağır sınaqdan lazımi dərsləri çıxarıb''
Türkiyə və Misir müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalayıb
FETÖ nə mənaya gəlir?
Türkiyə ictimaiyyəti “ByLock” tətbiqindən ilk dəfə 15 iyul çevriliş cəhdi zamanı xəbər tutdu
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
Türkiyə Dəməşqdə Suriya Xalq Məclisinin ilk sessiyasını alqışlayıb
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi