SİYASƏT
1 dəqiqə oxuma
Rusiya ilə ABŞ arasında “Putin-Tramp Tuneli” layihəsinə dair danışıqlara start verilib
Rusiya tərəfi bildirib ki, Berinq boğazının altından keçəcək dəmir yolu tunelinin inşası Rusiya və ABŞ-ın iqtisadi rifahına töhfə verəcək
Rusiya ilə ABŞ arasında “Putin-Tramp Tuneli” layihəsinə dair danışıqlara start verilib
Rusiya ilə ABŞ arasında “Putin-Tramp Tuneli” layihəsinə dair danışıqlara start verilib
18 oktyabr 2025

Rusiya prezidentinin iqtisadi məsələlər üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev rəsmi Moskva və Vaşinqton rəhbərliyinin Berinq boğazının altından tunel inşa edərək iki ölkəni bir-birinə bağlamaq mövzusunda danışıqlara başladığını bəyan edib. Bu barədə K.Dmitriyev oktyabrın 17-də “X” platformasında etdiyi paylaşımda bildirib.

ABŞ prezidenti Donald Tramp da eyni tarixdə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə məsələylə bağlı fikir bildirərək Rusiya ilə ABŞ-ı dəmir yolu daşımacılığı vasitəsilə birləşdirəcək Berinq boğazının altındakı tunel layihəsini “maraqlı fikir” adlandırıb.

Eyni zamanda Rusiya İnvestisiya Fondunun (RDIF) rəhbəri olan K.Dmitriyev qeyd edib ki, müasir bir tunelin inşası səkkiz ildən az müddətdə başa çatdırıla bilər və bu lahiyə təxminən 8 milyard dollara başa gələcək.

Layihəyə “Putin-Tramp Tuneli” adını verən K.Dmitriyev bu təşəbbüsün ortaq resursların inkişafı, yeni iş yerlərinin yaradılması və iqtisadi artım potensialına diqqət çəkib.

K.Dmitriyev əlavə edib ki, Rusiya İnvestisiya Fondu RDIF daha əvvəl Rusiya ilə Çin arasında sərhədyanı dəmir yolu körpülərinin inşasında olduğu kimi, bu sahədə də təcrübəyə malikdir.

MƏNBƏ:TRT
Araşdırma
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”