Ərdoğan: “İsrail İrana qarşı 'qanunsuz müharibə' üçün əsas məsuliyyət daşıyandır”

Ərdoğan İrana qarşı müharibə səbəbilə Benyamin Netanyahu hökumətini tənqid edib və davam edən münaqişənin dünyadakı qeyri-sabitliyi və...

By
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı müharibə səbəbilə Benyamin Netanyahunun hökumətini tənqid edib və davam edən münaqişənin dünyada qeyri-sabitliyi və iqtisadi təzyiqi artırdığı barədə xəbərdarlıq edib.

Ərdoğan bu gün (1 aprel 2026) İsrail hökumətinin İrana qarşı davam edən 'qanunsuz müharibənin' birinci yerdəki məsuliyyət daşıyıcısı olduğunu bildirib.

Dövlət başçısı paytaxt Ankarada Ədalət və İnkişaf (AK) Partiyasının qrup toplantısında etdiyi çıxışında deyib: "İsrail hökuməti bu qanunsuz müharibənin birinci yerdəki məsuliyyət daşıyıcısıdır. Bu müharibə nəinki bölgəmizi münaqişə meydanına çevirmiş, eyni zamanda bütün bəşəriyyətə iqtisadi yük cəhətdən ciddi yük olmuşdur”.

"Unutmaq olmaz ki, müharibədə töküləcək hər damla qan (İsrailin Baş naziri Benyamin) Netanyahunun siyasi ömrünü uzadacaq", - deyə o əlavə edib.

"Ümid edirik ki, daha çox qan tökülmədən sülh yolu açılar. Bunun üçün lazım gəldikdə özümüzü riskə atmağı gözə alaraq əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik", - deyə Prezident vurğulayıb.