Muhittin Çelik İzmail limanında yanan gəmi ilə bağlı açıqlama verdi
Türkiyənin Ukraynanın Odessa şəhərindəki baş konsulu Muhittin Çelik Türkiyə bayrağı altında üzən gəmidə baş verən yanğının davam etdiyini bildirdi.
Türkiyənin Ukraynanın Odessa şəhərindəki baş konsulu Muhittin Çelik Türkiyə bayrağı altında üzən gəmidə baş verən yanğının davam etdiyini bildirdi.
Muhittin Çelik bütün heyət üzvlərinin təxliyə edildiyini və vəziyyətlərinin yaxşı olduğunu, lakin partlayış riskinin hələ də davam etdiyini vurğulayıb.
Çelik hadisənin noyabrın 17-də səhər saatlarında baş verdiyini bildirib. O, yanğına PUA hücumunun səbəb olduğunu deyib.
Çelik ekipaj üzvlərinin Baş Konsulluğun qaynar xətti ilə əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat verdiyini bildirdi. O, qeyd edib ki, konsulluq işçiləri yerli hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə hərəkət edib.
Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik İşləri üzrə İdarəsi yaydığı bəyanatda gəmidə 16 türk heyət üzvünün olduğunu və yanğının Ukraynanın İzmail limanında baş verdiyini bildirmişdi.