İsrailin Qəzzaya hücumları nəticəsində 5 fələstinli həlak olub

Tibbi mənbələrin məlumatına görə, hücumlar Xan Yunisdə məcburi köçkün ailələrin yerləşdiyi çadırları hədəf alıb

By
İsrailin Qəzzaya hücumları / AA

İsrailin Qəzzanın cənubuna endirdiyi hava zərbələri nəticəsində ikisi uşaq  lmaqla beş fələstinli həlak olub.

Tibbi mənbələrin məlumatına görə, hücumlar Xan Yunisdə məcburi köçkün ailələrin yerləşdiyi çadırları hədəf alıb.

İsrail Baş naziri Binyamin Netanyahunun Rəfahda yaralanan İsrail əsgərlərinə "cavab verəcəyinə" söz verməsindən qısa müddət sonra baş verən hücumlar atəşkəs rejimini yenə pozub.

Açıq-aşkar hərbi cinayət

İsrail ordusunun məlumatına görə, Rəfahda HƏMAS-ın yüksək səviyyəli vəzifəlisini hədəf alıb.

İsrail mediasının məlumatına görə, Rəfahda tunellərdə təxminən 200 HƏMAS döyüşçüsü var və Tel-Əviv hələ HƏMAS-ın və vasitəçilərin onlara qrupun nəzarətində olan ərazilərə təhlükəsiz keçid verilməsi tələbinə cavab verməyib.

HƏMAS hücumları "açıq müharibə cinayəti" kimi qınayıb və vasitəçiləri atəşkəsi tətbiq etmək üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Qrup İsraili bu gərginliyin nəticələrinə görə tam məsuliyyətə cəlb edib və vasitəçilərdən və təminatçı ölkələrdən Netanyahunu və hökumətini “cinayətlərinə” son qoymağa və razılaşmaya əməl etməyə məcbur etməyi tələb edib.

HƏMAS daha əvvəl bildirib ki, Rəfahda tələyə düşmüş döyüşçülərlə əlaqəsi yoxdur və əlaqə kəsilib, onlar isə 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasına tam əməl etdiklərini bəyan ediblər.

2023-cü ilin oktyabr ayından bəri İsrailin hücumlarında 70 mindən çox fələstinli həlak olub və Qəzza zolağının böyük hissəsi xarabalığa çevrilib.