SİYASƏT
2 dəqiqə oxuma
İtaliya-İsrail oyunu öncəsi tərəfdarlar arasında toqquşma yaşandı
Udinedə etirazçılar FIFA-dan İsrailin beynəlxalq futboldan uzaqlaşdırılmasını istəyib, polis yürüşə gözyaşardıcı qazla müdaxilə edib
İtaliya-İsrail oyunu öncəsi tərəfdarlar arasında toqquşma yaşandı
İtaliya-İsrail oyunu öncəsi tərəfdarlar arasında toqquşma yaşandı / Reuters

İtaliyanın 3:0 hesablı qələbəsi ilə başa çatan Dünya Çempionatı seçmə mərhələ oyunundan öncə Udine şəhərində minlərlə insan FIFA-dan İsrailin beynəlxalq futboldan kənarlaşdırılmasını tələb edərək etiraz yürüşü keçirib. Oyun ərəfəsində Fələstin tərəfdarı bir qrup nümayişçi ilə polis arasında qarşıdurmalar yaşanıb.

İtaliyanın şimal-şərqində yerləşən Udine şəhərində keçirilən etiraz aksiyasında, Qəzzada imzalanan atəşkəs razılaşmasına və İsraillə “Həmas” arasında həyata keçirilən əsir-mübadilə razılaşmasına baxmayaraq, təxminən 10 min nəfər yer alıb.

Aksiya sırasında polis qüvvələri bir qrupa qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Əraziyə 1.000-dən çox polis və əsgər cəlb edilib, helikopterlər və pilotsuz uçuş aparatları ilə vəziyyət təqib altında saxlanılıb. Etirazçılar İtaliyanın İsraili 3:0 hesabı ilə məğlub etdiyi “I” qrup oyununun keçirildiyi “Bluenergy” stadionundan bir neçə kilometr uzaqda dayandırılaraq ilərləmələrinə imkan verilməyib.

Oyundan sonra İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo jurnalistlərə açıqlama verərək deyib: “Bunu gizlətməyin mənası yoxdur. Bu gün nə bizim, nə də sizin üçün asan oldu. Buraya, bayram ab-havası olmayacağını bilərək gəldik.”

 

İsrailin futboldan kənarlaşdırılması tələbləri

Oyundan qabaq stadionda insidentlərin qarşısını almaq üçün polis nəzarət məntəqələri, beton baryerlər və metal detektorlar qurulub.

Stadion daxilində 10 minlik azarkeşin bir qismi İsrail himnini fitə basıb. Yürüş zamanı isə “Fələstin azad olsun” şüarları və “İsrailə qırmızı kart göstərin” yazılı plakatlarla dinc şəkildə başlayıb, lakin toqquşma ilə nəticələnib.

Qeyd edək ki, etirazçılar FIFA-dan 2022-ci ildə Ukrayna müharibəsinin başlanmasından sonra Rusiyaya tətbiq edilən sanksiyalara bənzər şəkildə, İsrailin də beynəlxalq turnirlərdən uzaqlaşdırılmasını tələb edirlər.

MƏNBƏ:TRT
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub