Suriyada tayfalar Fəratın şərqindəki təbii qaz və neft yataqlarını YPG terrorçularından geri alıb
ABŞ qüvvələrinin geri çəkilməsindən sonra qəbilə döyüşçüləri Əl-Ömər neft yatağını və Koniko qaz yatağını terror təşkilatından geri alıblar
ABŞ qüvvələrinin geri çəkilməsindən sonra qəbilə döyüşçüləri Əl-Ömər neft yatağını və Koniko qaz yatağını terror təşkilatından geri alıblar.
"Anadolu" agentliyinin məlumatına görə, Suriyada Fərat çayının şərqində yerləşən Deyr-əz-Zor vilayətindəki qəbilə qüvvələri əsas neft və təbii qaz yataqlarının olduğu ərazini YPG terror təşkilatından azad edib.
"Anadolu" agentliyinin Deyr-əz-Zordakı komandasının verdiyi məlumata görə, Fəratın şərqində fəaliyyət göstərən qəbilə qrupları çayın qərbindən gələn əlavə qüvvələrin dəstəyi ilə Əl-Ömər neft yatağını və Koniko təbii qaz yatağını ələ keçiriblər.
ABŞ qüvvələri daha əvvəl hərbi baza kimi istifadə etdikləri ərazidən çəkildikdən sonra bölgədə təhlükəsizlik boşluğu yaranıb. Yerli mənbələrə görə, qəbilə qüvvələri Fəratın şərqində terror təşkilatına qarşı irəliləyişlərini davam etdirərək Şehel, Əl-Havayc, Ziban, Təyyanə, Əbu Hamam, Hatla, Qranij, Bağuz, Susa və Şəfa da daxil olmaqla bir neçə şəhər və kəndin nəzarətini ələ keçirib.