ABŞ Qəzzada atəşkəs tələb edir

Ağ Ev isə Qəzzada atəşkəs üçün diplomatik təzyiqi artırır: İsrail Baş naziri Vəşinqtonda iyulun 7-də ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üzrədir

FILE PHOTO: U.S. President Trump meets Israeli PM Netanyahu in Washington / Reuters

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq. Bu barədə “Associated Press” xəbər agentliyi məlumat verib.

ABŞ və İsrail dövlət başçıları arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.