Prezident R.T.Ərdoğan Pasxa bayramı münasibətilə xristian icmasını təbrik edib

Ölkə başçısı R.T.Ərdoğan inanc fərqi qoyulmadan birlik və həmrəyliyə çağırış edib

By
Prezident R.T.Ərdoğan Pasxa bayramı münasibətilə təbrik mesajı ünvanlayıb / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pasxa bayramı münasibətilə xristian icmasını və bütün xristian dünyasının bayramını təbrik edib. Dünya miqyasında ayrı-seçkilik, irqçilik və dözümsüzlüyün artdığını diqqətə çatdıran Prezident R.T.Ərdoğan verdiyi mesajda qeyd edib:

“Ayrı-seçkilik, mədəni irqçilik və dözümsüzlüyün getdikcə artdığı müasir dövrdə, hansı inanca mənsub olmasından asılı olmayaraq bütün vətəndaşlarımızın nümayiş etdirdiyi birlik, həmrəylik və qarşılıqlı dəstək bütün dünyada nümunə olmağa davam edir. Cəmiyyətimizin sabitliyinin təminatı kimi gördüyümüz bu sülh mühitini, xüsusilə regionumuzun keçdiyi mürəkkəb və gərgin dövrdə daha da möhkəmləndirməkdə qətiyyətliyik. Bu düşüncələrlə eyni səma altında əsrlər boyu birlikdə yaşadığımız və inşallah bundan sonra da bir və bərabər yaşayacağımız xristian vətəndaşlarımız başda olmaqla, bütün xristian aləminin Pasxa bayramını bir daha təbrik edir, onun regionumuzda və dünyada sülhə, sabitliyə və rifaha töhfə verməsini arzulayıram.”

Qeyd edək ki, xristian təqviminin ən müqəddəs günlərindən biri sayılan və dirilişi simvolizə edən Pasxa bayramı Qərb xristianları tərəfindən bu bazar günü qeyd olunur. Fərqli təqvimlərə görə isə Şərq kilsələrində bu bayram daha sonrakı tarixdə qeyd edilir.