Rəcəb Tayyib Ərdoğan G20 Zirvəsi üçün Cənubi Afrikaya səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də G20 Liderlər Zirvəsində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edib
Rəcəb Tayyib Ərdoğan G20 Zirvəsi üçün Cənubi Afrikaya səfər edib / AA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 21-də G20 Liderlər Zirvəsində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edib.
Dövlət başçısını həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran və digər rəsmi şəxslər müşayiət edirlər.
Prezidentin “Həmrəylik, Bərabərlik, Davamlılıq” mövzulu sammitin müxtəlif sessiyalarında çıxış edəcəyi gözlənilir.