R.T.Ərdoğan:''Türkiyə sülhə əsaslanan siyasət yürütməyə davam edəcək''
Oktyabrın 25-də İstanbul Konqres Mərkəzində keçirilən tədbirin sonunda çıxış edən dövlət başçısı qeyd edib ki, Türkiyə bu gün həm regional, həm də qlobal miqyasda hörmətli bir səsə, sülh və sabitliyi təşviq edən bir ölkəyə çevrilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Suriyadan Fələstinin Qəzza bölgəsinə, Körfəzdən Rusiya–Ukrayna münaqişəsinə qədər heç bir siyasi və ya təhlükəsizlik prosesinin kənarında qalması mümkün deyil.
Oktyabrın 25-də İstanbul Konqres Mərkəzində keçirilən tədbirin sonunda çıxış edən dövlət başçısı qeyd edib ki, Türkiyə bu gün həm regional, həm də qlobal miqyasda hörmətli bir səsə, sülh və sabitliyi təşviq edən bir ölkəyə çevrilib.
R.T.Ərdoğan vurğulayıb ki, Ankaranın baxışı anaların ağlamadığı və bölgədə sülhün, təhlükəsizliyin və rifahın hökm sürdüyü bir gələcəyi təmin etməyə əsaslanır.
Prezident bildirib ki, uzunmüddətli məqsədləri ölkənin birliyini və təhlükəsizliyini qorumaqla yanaşı, daha dinc və sabit bir bölgənin formalaşmasına töhfə verməkdir.
“Ortaq iradə ilə əvvəlcə terrordan azad bir Türkiyə, daha sonra isə terrordan azad bir bölgə quracağıq və bunu gələcək nəsillər üçün davamlı bir miras olaraq qoyacağıq,” – deyə R.T.Ərdoğan vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, Türkiyə sabitlik, əməkdaşlıq və sülhə əsaslanan siyasət yürütməyə davam edəcək.