İDMAN
2 dəqiqə oxuma
M.Salah Misir milli komandasını Afrika Millətlər Kubokunun dörddəbir finalına çıxardı
Salah Misirin Afrika Millətlər Kubokunu qazanmaq üçün favorit komandalar arasında olmadığını bildirib
M.Salah Misir milli komandasını Afrika Millətlər Kubokunun dörddəbir finalına çıxardı
M.Salah Misir milli komandasını Afrika Millətlər Kubokunun dörddəbir finalına çıxardı / AP

“Liverpool”un misirli əfsanəvi hücumçusu Məhəmməd Salah Misirin Benin milli futbol komandasını 3:1 hesabı ilə məğlub edərək Afrika Millətlər Kubokunun dörddəbir finalına yüksəlməsində həlledici rol oynayıb. Lakin o, oyundan sonra “Firounlar” ləqəbi ilə tanınan Misir milli futbol komandasının turnirin qalibi olmaq üçün favoritlər sırasında yer almadığını deyib.

M.Salah əlavə vaxtın son dəqiqələrində üçüncü və həlledici qolu vuraraq, Beninin 83-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra əlavə vaxta gedən qarşılaşmada Misirin qələbəsini rəsmiləşdirib.

Matçdan sonra o, komandasının Afrika Millətlər Kubokunun qalibi olmaq üçün favoritlər sırasında olmadığını, lakin Mərakeşdə keçirilən turnirdə daha irəli getmək üçün əllərindən gələni edəcəklərini bildirib.

Hossam Hassanın rəhbərlik etdiyi komanda 2010-cu ildən bəri ilk dəfə və ümumilikdə səkkizinci dəfə çempionluğu qazanmağı hədəfləyir.

M.Salah jurnalistlərə açıqlamasında deyib: “Çempionluğu qazanmaq üçün favorit komanda olduğumuzu düşünmürəm. Gənc oyunçularımız var və onların əksəriyyəti Misirdə çıxış edir. Biz sadəcə ölkəmiz üçün mübarizə aparırıq. Amma hər kəs əlindən gələni edir və bunu bu gün də gördünüz. Afrika Millətlər Kubokunda asan oyun yoxdur. Komandaların səviyyələri bir-birinə çox yaxındır. Dünən komandaya dedim ki, heç bir komanda dörd və ya beş top fərqi ilə uduzmur. (Benin) yaxşı komandaya və yaxşı baş məşqçiyə malikdir. Sonda qalib gəldiyimiz üçün sevincliyəm.”

Qeyd edək ki, M.Salah Afrika Millətlər Kubokunda keçirdiyi 22 oyunda 10 qol vurub. Bu göstərici turnirin bütün dövrlər üzrə ən məhsuldar futbolçusu Hassan əl-Şazlinin nəticəsindən iki qol, hazırkı baş məşqçi Hossam Hassanın vurduğu qollardan isə bir qol azdır.

Misir yanvarın 9-da Mərakeşin Aqdir şəhərində keçiriləcək dörddəbir final görüşündə son çempion Fil Dişi Sahili milli futbol komandası və ya Burkina Faso milli futbol komandası ilə üz-üzə gələcək.

 

Nigeriya millisi dörddəbir finala yüksəldi

“Super Qartallar” ləqəbi ilə tanınan Nigeriya milli futbol komandası Mozambik milli futbol komandasını 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Bu nəticə Nigeriyanın rəqiblərinə kubok uğrunda mübarizəyə tam hazır olduğu mesajını verib.

“Galatasaray”ın futbolçusu Viktor Osimhen Nigeriya adına iki qol vurub. Ademola Lookman 20-ci dəqiqədə hesabı açıb, Akor Adams isə 75-ci dəqiqədə son qolu qeydə alıb.

Nigeriya komandası turnirdə keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb, 12 qol vurub və 4 qol buraxıb.

MƏNBƏ:TRT
Araşdırma
Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda oldu
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı
Türkiyə FIBA 2027 Dünya Kubokunun seçmə mərhələsində liderliyini qoruyur
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
Dünya çempionatı Meksikanın qələbəsi və rəsmi açılış mərasimi ilə start götürdü
Türkiyə millisi DÇ ərəfəsində Floridada ilk məşqinə çıxdı
FIFA Dünya Çempionatında 48 ölkədən 1248 futbolçu iştirak edəcək
Türkiyə millisi artıq ABŞ-dədir
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Arda Güler UEFA Çempionlar Liqasında mövsümün debütantı seçilib
PSJ-nin Çempionlar Liqası qalibiyyətindən sonra iğtişaşlar baş verib
İran futbol komandası Dünya Kuboku üçün Türkiyədəki ABŞ nümayəndəliyinə viza üçün müraciət edib
UEFA prezidenti Türkiyənin böyük final matçlarına ev sahibliyi etmək bacarığını tərifləyib
İran milli komandası Dünya Kubokunda iştirakının FIFA-dan aslı olduğunu bildirib
Əfsanəvi güləşçi R.Kayaalp rekord qələbəyə imza atdı
FİFA prezidenti: ''İran dünya çempionatında mütləq iştirak edəcək"
İraq milli komandası 40 illik Dünya Çempionatı həsrətinə son qoydu
Türkiyə Kosovonu məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı
Türkiyə millisi Rumıniyanı minimal hesabla məğlub etdi
Milli futbol komandanın beşinci üzvü də Avstraliyadakı sığınacaq müraciətini geri götürüb