''TRT World Forum 2025'' 31 oktyabr – 1 noyabr tarixlərində İstanbulda keçiriləcək
Tədbirdə müxtəlif sahələrdən olan nüfuzlu məruzəçilər və ekspertlər iştirak edəcək
Dünyanın aparıcı media platformalarından biri olan ‘‘TRT World Forum’’ bu il 31 oktyabr – 1 noyabr tarixlərində İstanbulda 9-cu dəfə keçiriləcək. Tədbirdə müxtəlif sahələrdən olan nüfuzlu məruzəçilər və ekspertlər iştirak edəcək.
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) təşkilatçılığı ilə keçirilən forum dünyanın müxtəlif ölkələrindən ekspertləri və yüksək vəzifəli rəsmiləri bir araya gətirəcək.
Forumun bu ilki mövzusu “Qlobal Yenidənqurma: Köhnə Nizamdan Yeni Reallıqlara”dır. Tədbirdə qlobal qeyri-sabitliyin artması və beynəlxalq ictimaiyyətin qarşılaşdığı çağırışlar ətrafında müzakirələr aparılacaq.
Forum çərçivəsində keçiriləcək sessiyalarda Türkiyənin müdafiə siyasəti, Suriyanın yenidən qurulması, çoxqütblü dünyada diplomatiya və idarəetmə kimi mühüm beynəlxalq mövzular müzakirə olunacaq.
Panel iclaslarında həmçinin geosiyasət, təhlükəsizlik, iqlim və enerji, texnologiya, media, beynəlxalq hüquq və qlobal iqtisadi transformasiya kimi mövzular gündəmdə olacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın forumda beynəlxalq proseslərlə bağlı çıxış edəcəyi gözlənilir.
Forumun əsas məqsədi dialoqu təşviq etmək, qərar qəbul edən şəxsləri bir araya gətirmək və qlobal böhranların idarə olunması üçün yeni strateji perspektivlər irəli sürməkdir.
TRT World Forum 2025-ə qeydiyyat trtworldforum.com saytında davam edir.