TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Türkiyənin Xarici İşlər Nazirliyindən verilən bəyanatda, Türkiyə vətəndaşlarının vəziyyətinin diqqətlə izlənildiyi qeyd olunub
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Türkiyə dövləti Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyətini yaxından izlədiyini bildirib

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 3-də Rusiyanın Novorossiysk limanından hərəkət edən, göyərtəsində Türkiyə vətəndaşlarının da olduğu "Yaşar" və "Nadezhda" adlı mülki gəmilər PUA hücumuna məruz qalıb.

Nazirlik tərəfindən yayılan bəyanatda deyilir: “Göyərtəsində Türkiyə vətəndaşlarının da olduğu "Yaşar" və "Nadezhda" adlı mülki gəmilər avqustun 3-də Novorossiysk limanından ayrıldıqdan sonra pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı öyrənilib. Hücum nəticəsində aralarında vətəndaşlarımızın da olduğu bir qrup heyət üzvü yaralanıb. Vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir və onların vəziyyəti diqqətlə izlənilir."

Açıqlamada, Rusiya ilə Ukrayna arasındakı müharibənin mülki gəmilərə də təsir edəcək şəkildə Qara dənizdə getdikcə yayılmasından ciddi narahatlıq hissi keçirildiyi vurğulanıb. Qabaqlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, Qara dənizdə gərginliyin artmasının ərzaq təhlükəsizliyi də daxil olmaqla çoxşaxəli mənfi fəsadlar törədəcəyinə diqqət çəkilib.

Bununla yanaşı, başda müharibə edən tərəflər olmaqla, aidiyyəti olan bütün tərəflərə Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirəsalınmaz konkret tədbirlər görməklə bağlı yenidən çağırış edilib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyənin Suriyadakı səfiri N.Yılmaz iki ölkə arasındakı məsələlər haqqında danışıb
TRT qazaxıstanlı jurnalistlərə mediada süni intellektdən istifadə təlimi verəcək
Türkiyə Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Hakan Fidan Misirə etdiyi səfərlə bağlı paylaşım edib
R.T. Ərdoğan AK Partiyanın 25-ci ildönümü münasibətilə məqalə qələmə alıb
Prezident Ərdoğan şəhid ailələri və qaziləri qəbul edib
Nəmrut dağında gün batımı izdihamı
Türkiyə–Pakistan–Səudiyyə Ərəbistanı müdafiə sazişi regional təhlükəsizliyi gücləndirəcək
Türkiyədə "Kuriş" cinayətkar qruplaşmasına qarşı əməliyyat keçirilib
Neçirvan Bərzani "Terrorsuz Türkiyə" prosesi ilə bağlı çərçivə qanununu dəstəkləyib
Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb