Türkiyə Donanması Seneqalda axtarış-xilasetmə təlim uçuşları həyata keçirib
Türkiyə Milli Müdafiə Nazirliyi dəniz qüvvələri şəxsi heyətinin Seneqal Silahlı Qüvvələrinə təlim keçmək və dəstək olmaq məqsədilə xidmət göstərdiyini açıqlayıb
Türkiyə Milli Müdafiə Nazirliyi Dəniz Qüvvələri şəxsi heyətinin Seneqalda axtarış-xilasetmə təlimi keçmək məqsədilə uçuşlar həyata keçirdiyini açıqlayıb.
Nazirlik martın 17-də Türkiyənin sosial media platforması "NSosyal"da edilən paylaşımda "Dəniz Qüvvələri şəxsi heyəti Seneqalın məsuliyyətindəki axtarış və xilasetmə bölgəsində axtarış-xilasetmə təlimi keçmək və Seneqal Silahlı Qüvvələrinə dəstək vermək məqsədilə fəaliyyət göstərir" ifadələrindən istifadə edib.
Nazirlik "Bu çərçivədə təlim uçuşları Seneqal hava məkanı və dəniz yurisdiksiyası sahəsi üzərində icra edilir. Əməkdaşlığı və etimadı gücləndirmək məqsədilə 12 mart 2026-cı il tarixində Seneqal uçuş heyətlərinin iştirakı ilə ‘‘Kəşfiyyat, Müşahidə və Dəniz Müşahidə Dəstəyi’’ uçuşları həyata keçirilmişdir" deyə əlavə edib.