Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

Nigeriyanın şimalındakı Kano əyalətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 30 nəfər həlak olub

By
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var / AP

Nigeriyanın şimalındakı Kano əyalətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 30 nəfər həlak olub. Bu barədə məlumatı yerli hakimiyyət orqanları yayıb.

Kano əyalət hökumətinin sözçüsü bazar günü verdiyi açıqlamada bu ifadələrə yer verib: "Qucunqu istiqamətində hərəkət edən yük avtomobilinin sürücüsünün ehtiyatsızlığı nəticəsində baş verən qəzada 30-dan çox insan həyatını itirib, çox sayda insan isə ağır xəsarət alıb".

Kano qubernatoru Abba Kabir Yusif xəsarət alanların müalicəsi üçün pulsuz tibbi yardım göstərilməsi barədə göstəriş verib.

Yolların çox pis vəziyyətdə olduğu və hərəkət qaydalarına nadir hallarda əməl edildiyi Nigeriyada bu növ yol-nəqliyyat hadisələri vaxtaşırı baş verir.

2023-cü ildə ölkənin Federal Yol Təhlükəsizliyi Agentliyi (FRSC) baş verən 9570 qəzada 5421 nəfərin həlak olduğunu bildirib.