Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib

By
Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb / TRT

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycandan Türkiyəyə uçan C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını açıqlayıb.

Nazirliyin rəsmi internet səhifəsində yayılan məlumatda bildirilib ki, Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

Təyyarədə olan ekipajın sayı və mümkün itkilər barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.