DÜNYA
2 dəqiqə oxuma
Ərdoğan müsəlman ölkələri arasında daha güclü nəqliyyat inteqrasiyasına çağırıb
Prezident Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə olan əlaqələrin qlobal miqyasda qarşılıqlı olaraq ticarət və sosial əlaqəni artıracağını bildirib
Ərdoğan müsəlman ölkələri arasında daha güclü nəqliyyat inteqrasiyasına çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / Reuters Archive

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı üzvləri arasında daha güclü nəqliyyat inteqrasiyasına çağırış edərək, effektiv və etibarlı şəbəkələrin İslam dünyasının iqtisadi potensialını ortaya çıxarmaqda təməl daşı olduğunu söyləyib.

Ərdoğan İstanbulda keçirilən İƏT nəqliyyat nazirləri toplantısına göndərdiyi video müraciətdə müsəlman ölkələrinin Asiyadan Afrikaya, Avropadan Orta Şərqə qədər uzanan geniş bir coğrafiyaya yayıldığını, təbii dəhlizlərə, dinamik gənc əhaliyə və sürətlə böyüyən bazarlara sahib olduğunu qeyd edib.

Lakin bu böyük potensialı tam mənası ilə reallaşdırmaq və coğrafi üstünlükləri strateji gücə çevirmək üçün səmərəli, etibarlı və inteqrasiya olunmuş nəqliyyat şəbəkələrinə ehtiyacımız var deyən Ərdoğan avtomobil yolları, dəmir yolları, limanlar və hava limanları arasındakı əlaqələrin güclənməsinin yalnız ticarəti deyil, həm də üzv dövlətlər arasındakı sosial və mədəni əlaqələri də artıracağını vurğulayıb.

Marmaray, Avrasiya tunelləri və böyük körpülər daxil olmaqla, Türkiyənin son dövrdəki irimiqyaslı infrastruktur layihələrinə diqqət çəkən dövlət başçısı ölkənin qlobal ticarət marşrutlarını gücləndirdiyini və dəmir yolu, dənizçilik və aviasiya imkanlarını genişləndirdiyini bildirdi.

İƏT üzvlərini birləşdirmək üçün yol xəritəsi hazırlandı

Prezident Türkiyənin "Trans-Xəzər Şərq-Qərb Orta Dəhliz Layihəsi"nə verdiyi dəstəklə tarixi İpək Yolunu müasir bir baxışla canlandırdığını söyləyib.

Dövlət başçısı deyib: “Lakin bu investisiyaları yalnız milli çərçivədə qiymətləndirmirik. Hədəfimiz İslam Əməkdaşlıq Təşkilatı üzvləri ilə inteqrasiyanı gücləndirmək, sərhəd-keçid dəhlizləri inkişaf etdirmək və birgə layihələrlə əlavə dəyər yaratmaqdır. Üzv dövlətlər arasındakı nəqliyyat əlaqələrini gücləndirəcək, beynəlxalq platformalarda həmrəyliyi artıracaq və Türkiyənin İƏT dövr sədrliyi çərçivəsində 'Nəqliyyat Əlaqələri Strategiya Sənədi' hazırlayacaq bir yol xəritəsi yaratmaq üçün mühüm qərarlar qəbul etdik. Şübhəsiz ki, bu qərarların effektiv şəkildə tətbiq olunması üçün texniki görüşlərin fasiləsiz keçirilməsi və monitorinq mexanizmlərinin həssas şəkildə işlədilməsi vacibdir. Bu gün nümayiş etdirdiyimiz iradənin buna yol açacağına inanırıq”.

Araşdırma
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib
Prezident Ərdoğan: "Sərhədlərimiz daxilində və xaricində sülh və sabitliyi gücləndiririk"
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib