DÜNYA
2 dəqiqə oxuma
BMT Rusiyanı Xersonda humanitar karvana hücumda günahlandırıb
Bu barәdә BMT-nin Ukraynadakı ofisinin yaydığı bәyanatda vurğulanıb
BMT Rusiyanı Xersonda humanitar karvana hücumda günahlandırıb
BMT Rusiyanı Xersonda humanitar karvana hücumda günahlandırıb / AA

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanı Ukraynanın cənubundakı Xerson vilayətində BMT-yə məxsus humanitar yardım karvanına hücum etməkdə ittiham edib.

BMT-nin Ukraynadakı ofisinin yaydığı bəyanatda bildirilir ki, idarələrarası humanitar yardım karvanı Xerson vilayətinin Bilozerka qəsəbəsinə yardım çatdırmağa çalışarkən hücuma məruz qalıb. Karvan dörd yük maşınından ibarət olub və BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlarını daşıyıb.

Bəyanatda deyilir:
"Humanitar işçiləri və yardım maşınlarını qəsdən hədəf almaq beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və bu, müharibə cinayəti kimi qiymətləndirilə bilər. Mülki şəxslərin və humanitar missiya iştirakçılarının qorunması üçün bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq humanitar hüquqa tam şəkildə hörmət olunmalıdır."

Məlumata görə, hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb, lakin karvanda olan iki yük maşını zərər görüb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" platformasında hücumu pisləyib və BMT-yə üzv dövlətləri bu insidenti qınamağa, eləcə də Moskvaya əlavə təzyiqlər göstərməyə çağırıb.

Rusiya rəsmiləri hələlik BMT-nin bu ittihamına münasibət bildirməyib.

İttihamlar Ukrayna prezidenti Volodimir Zelenskinin oktyabrın 15-də Rusiyanın şimal-şərqində yerləşən Xarkov şəhərinə təşkil etdiyi hava hücumları nəticəsində 57 nəfərin yaralandığını açıqlamasından dərhal sonra səsləndirilib.

Prezident Zelenski tərəfdaş ölkələrdən əlavə hava hücumundan müdafiə sistemləri tələb edib və beynəlxalq ictimaiyyəti Rusiyanı “real danışıqlar üçün masa arxasına oturmağa məcbur etməyə” çağırıb.
Ukrayna Hərbi Hava Qüvvələri bu gün “Telegram” kanalında yaydığı məlumatda Rusiyanın gecə saatlarında göndərdiyi 96 pilotsuz uçuş aparatından 69-nun vurulduğunu bəyan edib. Rəsmi Moskva hələlik bu iddiaya da münasibət bildirməyib.

Qeyd edək ki, son həftələrdə Rusiya və Ukrayna bir-birini enerji infrastrukturlarını hədəf almaqda qarşılıqlı olaraq ittiham edir.

Araşdırma
ABŞ İranın cənubuna ağır zərbələr endirib
İran regionda "düşmən bazalarını" hədəf alan genişmiqyaslı raket və PUA hücumları həyata keçirib
Ukrayna Rusiyanın "kölgə donanması"na aid 14 gəmiyə zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bağlandığını elan edib
ABŞ ordusu İranın cənubuna ağır zərbələr endirdiyini açıqlayıb
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib
İspaniyada güclü meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib
K.Mitsotakis Prezident R.T.Ərdoğanla konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirib
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib