Tramp: "ABŞ İrana məxsus çox sayda hərbi gəmini batırdı; raket qurğularının əksəriyyətini məhv etdi"

Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyi və müharibəni dayandırmaq qərarının İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qəbul ediləcəyini bildirib

By
Tehran, İranda, 8 mart 2026-cı ildə Şahran yanacaq çənlərinə endirilən bildirilən zərbədən sonra tüstü yüksələrkən, insanlar dağılmış bir nəqliyyat vasitəsinin yaxınlığında dayanır. / Reuters

ABŞ rezidenti Donald Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini bəyan edib. "Fox News" telekanalına müsahibə verən Tramp Amerika qüvvələrinin İranın bütün dəniz donanmasını batırdığını və raket buraxılış platformalarının təxminən 80 faizini məhv etdiyini bildirib.

"Biz İranın bütün gəmilərini batırdıq və raket platformalarının əksəriyyətini sıradan çıxardıq, cəmi 20 faizi qalıb", -deyə o vurğulayıb.

Prezident Tramp həmçinin qeyd edib ki, İrana qarşı hərbi əməliyyatların dayandırılması barədə qərar İsrailin Baş naziri Benyamin Netanyahu ilə məsləhətləşmələr əsasında veriləcək.

"Times of Israel" qəzetinə qısa telefon müsahibəsi verən Tramp Netanyahunun bu qərarda söz sahibi olub-olmayacağı ilə bağlı suala belə cavab verib: "Düşünürəm ki, bu, qarşılıqlı olacaq. Biz daim təmasdayıq. Düzgün vaxtda qərar verəcəyəm, lakin bütün amillər nəzərə alınacaq".

O, həmçinin ABŞ hücumları dayandırdıqdan sonra İsrailin əməliyyatları təkbaşına bərpa etməsinə ehtiyac qalmayacağını ehtimal etdiyini bildirib.

Ağ Ev daha əvvəl müharibənin dörd-altı həftə davam edəcəyini proqnozlaşdırsa da, son hadisələr bu zaman qrafikini dəyişib. Tramp isə müharibənin başa çatması üçün konkret vaxt açıqlamaqdan dəfələrlə imtina edib.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hücumlardan sonra regionda gərginlik pik həddə çatıb. Hücumlar nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei, yüksək rütbəli hərbi rəsmilər və mülki şəxslər də daxil olmaqla 1 200-dən çox insanın həlak olduğu bildirilir.

İran buna cavab olaraq ABŞ-nin bölgədəki bazalarını, diplomatik missiyalarını və İsrail şəhərlərini hədəf alan genişmiqyaslı qisas əməliyyatları həyata keçirib. Rəsmi məlumatlara görə, bu toqquşmalarda ən azı altı ABŞ əsgəri həlak olub.

İranın Ekspertlər Assambleyası Əli Xameneinin vəfatından sonra onun oğlu Müctəba Xameneini ölkənin yeni ali lideri seçdiyini elan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu təyinatı dərhal təsdiqləyib.

Lakin "ABC News"a danışan Tramp gənc Xameneinin hakimiyyətinin qalıcı olmayacağını iddia edib: "O, bizim təsdiqimizi almalıdır. Əgər bu baş verməsə, o, uzun müddət hakimiyyətdə qala bilməyəcək".