Mixeil Saakaşvili Zelenskidən onu əsir mübadiləsi siyahısına daxil etməsini istəyib

Bu barədə Mixeil Saakaşvili rəsmi ''Facebook'' səhifəsində paylaşım edib

By
Mixeil Saakaşvili Zelenskidən onu əsir mübadiləsi siyahısına daxil etməsini istəyib

Həbsdə olan keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskinin əsir mübadiləsi siyahısına onu “mülki hərbi əsir” kimi daxil etməsini istəyib.

Rəsmi ‘‘Facebook’’ səhifəsində paylaşım edən M.Saakaşvili Ukrayna vətəndaşı, Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri və Ukrayna Milli İslahat Şurasının rəhbəri olduğunu vurğulayıb. O, Zelenskidən onun statusunu tanımasını tələb edib.

Bu çağırış Gürcüstan Xüsusi Penitensiar Xidmətinin onun Rustavi həbsxanasına qaytarıldığını və səhhətinin “qənaətbəxş” olduğunu açıqlamasından sonra edilib. M.Saakaşvili bu qərara etiraz edərək onu 2022-ci ilin mart ayında zəhərlədiyini iddia etdiyi eyni həbsxana işçilərinin nəzarətinə qaytardıqlarını bildirib.

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib və barəsində “siyasi motivli” qiyabi məhkum hökmü çıxarılıb. O, 2021-ci ilin oktyabr ayında həbs olunub. Həbs müddəti ərzində səhhəti xeyli pisləşib və 2022-ci ilin mayında müalicə üçün Tbilisidəki klinikaya yerləşdirilib.

M.Saakaşvilinin 2034-cü ilə qədər həbsdə qalacağı gözlənilir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sərhədi keçmə ittihamları ilə həbs olunub.

Qanunsuz sərhədi keçmə ilə bağlı istintaq 2021-ci ilin 1 oktyabr tarixində başlayıb. M.Saakaşvili 2021-ci ildə keçirilən parlament seçkilərindən əvvəl, sentyabrın 28-dən 29-na keçən gecə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtdıqdan sonra saxlanılıb.