SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp Rusiya iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etdi
Rəsmi Moskva isə yanacaq bazarlarının sabit olduğunu bildirərək, Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu açıqladı
D.Tramp Rusiya iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etdi
D.Tramp Rusiya iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etdi / Reuters
15 oktyabr 2025

Rusiya oktyabrın 15-də (bu gün) ABŞ prezidenti Donald Trampın “Rusiyada yaşanan benzin qıtlığı onların iqtisadiyyatının çökməyə yaxın olduğunu göstərir” bəyanatına cavab verib.

D.Tramp oktyabrın 14-də etdiyi çıxışda bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəni bitirmək istəmədiyini söyləməsi onu məyus edib.

Bundan əlavə, Amerika prezidenti D.Tramp deyib: “Rusiya dövlət başçısı bu müharibəni artıq həqiqətən bitirməlidir. Bundan başqa bilirsinizmi, hazırda Rusiyada benzin üçün uzun növbələr var. Onların iqtisadiyyatı yaxın vaxtda çökəcək ancaq, mən Rusiyanın yaxşı vəziyyətdə olduğunu görmək istəyirəm. Yəni, Vladimir Putinlə çox yaxşı münasibətim olub, amma o, bu müharibəni bitirmək istəmir və məncə bu, onu çox pis göstərir.”

Rusiya baş nazirinin müavini Aleksandr Novak isə ölkədə daxili bazarda sabit benzin təminatı olduğunu vurğulayaraq: “Daxili bazarda sabit təchizatımız var, bu məsələdə hər hansı problem yaşamırıq”, – deyə açıqlama verib.

A.Novak həmçinin istehsal və istehlak arasında balansın qorunduğunu, hökumət və aidiyyəti qurumların bunun davamlılığını təmin etmək üçün bütün imkanlardan istifadə etdiyini bildirib.

 

“Diyaloqa açığıq”

Aleksandr Novak Avropa iqtisadiyyatlarında müşahidə olunan mənfi tendensiyaları isə Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmaq qərarı ilə əlaqələndirib.

“Onlar (Aİ) Rusiyanın Avropa ölkələrinə qaz təchizatını məhdudlaşdırmağa qərar verdilər. Hazırda, əslində qaz tədarükü azalıb. Əvvəllər Avropanın enerji balansında Rusiyanın payı təxminən 44 faiz idi, bu gün isə ümumi idxalın təqribən 19 faizini təşkil edir. Yəni, yarıbayarı azalıb”, – deyə A.Novak vurğulayıb.

O, Almaniya kimi ölkələrdəki durğunluğa diqqət çəkərək, qaz emalı müəssisələrinin, kimya zavodlarının və sənaye istehsalı obyektlərinin bağlanmasının iqtisadi artımı ləngitdiyini qeyd edib.

A.Novak əlavə edib ki, Rusiya tələb olunduğu halda Avropaya qaz tədarükünü artırmağa hazırdır. Lakin bu cür razılaşmaların “qarşılıqlı fayda verən, tərəfdaşlıq əsaslı şərtlərdə” həyata keçirilməli olduğunu bildirib.

Enerji sahəsində yaşanan gərginliklərə baxmayaraq, A.Novak Rusiyanın dialoqa açıq olduğunu xüsusi vurğulayıb.

 

MƏNBƏ:TRT
Araşdırma
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək
Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqları qiymətləndirib
Rəcəb Tayyib Ərdoğan:''Türkiyə ilə Misir arasındakı əməkdaşlıq regional sabitliyə töhfə verir''
Rusiya ABŞ-nin təzyiqinin artmasına baxmayaraq Kubaya neft tədarükünü davam etdirəcəyi vədini verib
Volodimir Zelenski döyüşlərdə 55 min Ukrayna hərbçisinin həlak olduğunu açıqladı
R.T.Ərdoğan: "Türkiyə dövləti İran–ABŞ arasında vasitəçi olmağa hazırdır"
Azərbaycan və Ermənistan ticarət əlaqələrini genişləndirmək barədə razılığa gəliblər
Ukrayna, Rusiya və ABŞ nümayəndələri sülh danışıqları üçün Əbu-Dabidə bir araya gələcək