SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp Rusiya iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etdi
Rəsmi Moskva isə yanacaq bazarlarının sabit olduğunu bildirərək, Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu açıqladı
D.Tramp Rusiya iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etdi
D.Tramp Rusiya iqtisadiyyatının çöküşə yaxın olduğunu iddia etdi / Reuters

Rusiya oktyabrın 15-də (bu gün) ABŞ prezidenti Donald Trampın “Rusiyada yaşanan benzin qıtlığı onların iqtisadiyyatının çökməyə yaxın olduğunu göstərir” bəyanatına cavab verib.

D.Tramp oktyabrın 14-də etdiyi çıxışda bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəni bitirmək istəmədiyini söyləməsi onu məyus edib.

Bundan əlavə, Amerika prezidenti D.Tramp deyib: “Rusiya dövlət başçısı bu müharibəni artıq həqiqətən bitirməlidir. Bundan başqa bilirsinizmi, hazırda Rusiyada benzin üçün uzun növbələr var. Onların iqtisadiyyatı yaxın vaxtda çökəcək ancaq, mən Rusiyanın yaxşı vəziyyətdə olduğunu görmək istəyirəm. Yəni, Vladimir Putinlə çox yaxşı münasibətim olub, amma o, bu müharibəni bitirmək istəmir və məncə bu, onu çox pis göstərir.”

Rusiya baş nazirinin müavini Aleksandr Novak isə ölkədə daxili bazarda sabit benzin təminatı olduğunu vurğulayaraq: “Daxili bazarda sabit təchizatımız var, bu məsələdə hər hansı problem yaşamırıq”, – deyə açıqlama verib.

A.Novak həmçinin istehsal və istehlak arasında balansın qorunduğunu, hökumət və aidiyyəti qurumların bunun davamlılığını təmin etmək üçün bütün imkanlardan istifadə etdiyini bildirib.

 

“Diyaloqa açığıq”

Aleksandr Novak Avropa iqtisadiyyatlarında müşahidə olunan mənfi tendensiyaları isə Avropa İttifaqının Rusiya qazından asılılığı azaltmaq qərarı ilə əlaqələndirib.

“Onlar (Aİ) Rusiyanın Avropa ölkələrinə qaz təchizatını məhdudlaşdırmağa qərar verdilər. Hazırda, əslində qaz tədarükü azalıb. Əvvəllər Avropanın enerji balansında Rusiyanın payı təxminən 44 faiz idi, bu gün isə ümumi idxalın təqribən 19 faizini təşkil edir. Yəni, yarıbayarı azalıb”, – deyə A.Novak vurğulayıb.

O, Almaniya kimi ölkələrdəki durğunluğa diqqət çəkərək, qaz emalı müəssisələrinin, kimya zavodlarının və sənaye istehsalı obyektlərinin bağlanmasının iqtisadi artımı ləngitdiyini qeyd edib.

A.Novak əlavə edib ki, Rusiya tələb olunduğu halda Avropaya qaz tədarükünü artırmağa hazırdır. Lakin bu cür razılaşmaların “qarşılıqlı fayda verən, tərəfdaşlıq əsaslı şərtlərdə” həyata keçirilməli olduğunu bildirib.

Enerji sahəsində yaşanan gərginliklərə baxmayaraq, A.Novak Rusiyanın dialoqa açıq olduğunu xüsusi vurğulayıb.

 

MƏNBƏ:TRT
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub